Yaponiya hökuməti ölkəyə gəlmə şərtlərini daha da yumşaltmağı planlaşdırır
Tokio, 8 oktyabr, AZƏRTAC
Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkəyə gəlməyə tətbiq olunan qadağaları daha da yumşaltmaq üçün əlavə imkanlar axtarır.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 8-də işgüzar “Nikkei” qəzeti məlumat yayıb. Bildirilir ki, yeni yumşaltmalar həm yerli əhalini, həm də Yaponiyada yaşamaq hüququna malik əcnəbiləri əhatə edəcək. Həmin şəxslər xaricə səfərlərdən döndükdən sonra onlardan iki həftəlik karantin rejiminə əməl etmələri tələb edilməyəcək.
Qeyd edək ki, oktyabrın 1-dən Yaponiyada koronavirus pandemiyasına görə əcnəbilərə tətbiq edilən qadağalar qismən yumşaldılıb. Bu yumşaltmalar ilkin mərhələdə Yaponiyada uzun müddət yaşamaq hüququna malik olan şəxslərə, həmçinin səhiyyə, təhsil, mədəni və işgüzar səfərlə əlaqədar bu ölkəyə gələnlərə tətbiq olunub. Bunların Yaponiyada təhsil alan tələbələrə də şamil edildiyi bildirilir.
Xatırladaq ki, pandemiyaya görə Yaponiyada ABŞ, Çin, Aİ ölkələri, Rusiya, Belarus, Ukrayna, Azərbaycan da daxil olmaqla 160-dək ölkə vətəndaşının gəlişinə qadağa tətbiq edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]