Yaponiya Rusiyaya hibrid avtomobillər ixrac etməyəcək
Bakı, 28 iyul, AZƏRTAC
Yaponiya hökuməti mühərrikinin həcmi 1,9 kubsantimetrdən çox olan, hibrid mühərrikli avtomobillərin və yük avtomobilləri üçün təkərlərin Rusiyaya ixracını qadağan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura məlumat verib.
Onun sözlərinə görə, məhdudiyyətlər avqustun 9-dan qüvvəyə minəcək. Nişimura bildirib ki, Yaponiya beynəlxalq ictimaiyyət və G7 ölkələri ilə yaxından işləməyə davam edərək Rusiyaya qarşı qoyulan məhdudiyyətlərə ciddi şəkildə əməl etmək üçün lazım olan hər şeyi edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]