Yaponiya və Rusiyanın xarici işlər nazirlərinin müavinləri sülh müqaviləsini müzakirə edəcəklər
Tokio, 1 mart, AZƏRTAC
Yaponiyanın xarici işlər nazirinin müavini Takeo Mori rusiyalı həmkarı İqor Morqulovla iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqları martın 5-də Moskvada davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Kyodo agentliyi Yaponiya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla yayıb.
Xatırladaq ki, bu, həmin formatda ikinci görüş olacaq. İlk belə görüş yanvarın 15-də, iki ölkənin xarici işlər nazirlərinin sülh müqaviləsinin bağlanması ilə əlaqədar müzakirələrinin birinci raundundan bir gün sonra keçirilib.
Növbəti görüşdə nazir müavinlərinin Yaponiya və Rusiyanın xarici işlər nazirləri Taro Kono ilə Sergey Lavrovun Yaponiyada keçiriləcək görüşünə hazırlıqla bağlı məsələləri müzakirə edəcəkləri bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]