Yaponiyada 70 mindən çox insan torpaq sürüşmələri ilə bağlı təxliyə xəbərdarlığı alıb
Tokio, 30 iyun, AZƏRTAC
Yaponiyanın Kyuşü adasında yerləşən Kaqoşima şəhərinin 70 mindən çox sakininə torpaq sürüşmələri ilə bağlı təxliyə xəbərdarlığı göndərilib.
AZƏRTAC Kaqoşima şəhər bələdiyyəsinin saytına istinadla xəbər verir ki, yaşlı və hərəkət məhdudiyyətli insanların təxliyəsinə artıq başlanılıb.
Bildirilir ki, torpaq sürüşmələrinə aramsız yağışlar səbəb olub.
Bununla yanaşı, iyunun 30-dan başlayaraq Yaponiyanın qərbində və cənub-qərbində gözlənən güclü yağışlar nəticəsində çayların bəndləri aşacağı və torpaq sürüşmələri yaradacağı da qeyd edilir. Kyuşü adasının qərbində yerləşən Kaqoşimada iyulun 1-dək sutkada 200 millimetr yağıntının düşəcəyi proqnozlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]