Yaponiyanın cənubunda Olimpiya məşəli estafeti mərhələsi ləğv edilib
Bakı, 23 aprel, AZƏRTAC
Yaponiyanın cənubundakı Okinava əyalətindəki Olimpiya məşəli estafetinin təşkilatçıları yeni koronavirusun yayılması səbəbindən mayın 2-də Miyakojima şəhərində baş tutacaq məşəl estafeti mərhələsini ləğv ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Bundan əvvəl Yaponiyanın qərbindəki Matsuyama şəhərindən keçməli olan estafet mərhələsi də ləğv edilib. Yaponiyanın qərbindəki digər şəhərdə - Osakada tədbir yerli parkda tamaşaçısız baş tutub.
Xatırladaq ki, Yaponiyada Olimpiya məşəli estafeti martın 25-də Fukusima prefekturasında yerləşən “J-Village” təlim-məşq bazasının ərazisində başlayıb. Ümumilikdə 121 gün davam edəcək estafetdə 10 mindən çox qaçışçının iştirakı nəzərdə tutulub. Estafetin 47 prefekturada yerləşən 859 bələdiyyənin ərazisindən keçəcəyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]