Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bakı, 26 oktyabr, AZƏRTAC
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 26-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Xaqan Dadaşov, Xıdır Mustafayev, İsfəndiyar Zülalov, Məhəmməd Naxçıvani, Müzəffər Həsənov və Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [18:31]
Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK
- 27.10.2026 [18:29]
® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib
- 27.10.2026 [17:49]