Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yaşıl enerjiyə keçid həm də cəmiyyətin dəyişməsi deməkdir” MÜSAHİBƏ

“Yaşıl enerjiyə keçid həm də cəmiyyətin dəyişməsi deməkdir” MÜSAHİBƏ

Bakı, 30 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC

Qlobal enerji sisteminin dərin transformasiya mərhələsinə qədəm qoyduğu bir dövrdə hidrogen iqtisadiyyatı, süni intellekt əsaslı enerji şəbəkələri və karbontutma texnologiyaları ölkələrin enerji strategiyalarını yenidən formalaşdırır. Bu dəyişikliklər yalnız texnoloji deyil, eyni zamanda, geosiyasi, iqtisadi və sosial nəticələr doğuraraq enerji istehsalçıları üçün yeni risklər, həmçinin yeni imkanlar yaradır. Xüsusilə enerji keçidi prosesində təbii ehtiyatlara əsaslanan iqtisadi modellərin şaxələndirilməsi və dayanıqlı inkişaf mexanizmlərinin qurulması aktuallıq qazanır.

Beynəlxalq Ədalətli Enerji Keçidi layihəsinin və Almaniyanın Rur Universitetinin Enerji Keçidi Laboratoriyasının icraçı direktoru, iqtisadçı-alim Elxan Sadıxzadə AZƏRTAC-a müsahibəsində Azərbaycanın yeni enerji iqtisadiyyatına keçid perspektivləri, yaşıl hidrogen və bərpaolunan enerji potensialının geosiyasi əhəmiyyəti, Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl enerji zonası” kimi rolu barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik:

-Azərbaycanın bərpaolunan enerji sahəsində, xüsusən yaşıl hidrogen istehsalında beynəlxalq rəqabət imkanlarını və Avropa bazarına inteqrasiya perspektivlərini necə dəyərləndirirsiniz?

- Texnoloji dəyişikliklər Azərbaycan üçün həm yeni imkanlar, həm də risklər yaradır. Eyni zamanda, nəzərə almalıyıq ki, neft və qaz ehtiyatları tükənən sərvətlər qrupuna daxildir. Bu reallıq isə Azərbaycan kimi ölkələri qeyri-neft sektoruna daha fəal şəkildə investisiya qoymağa və iqtisadiyyatı şaxələndirməyə yönəldir.

Belə bir vəziyyətdə ən rasional yol şaxələndirmə strategiyasıdır. Bu strategiya isə yeni sənaye sahələrinin, xüsusilə ofşor külək parkları, Günəş enerjisi və ümumilikdə bərpaolunan enerji istehsalının genişləndirilməsinin dəstəklənməsini nəzərdə tutur. İqtisadi terminlərlə desək, Azərbaycan yaşıl hidrogen istehsalında müqayisəli üstünlüyə malikdir. Bu, Azərbaycanın Mərakeş, Misir, Cənubi Afrika və Namibiya kimi istehsalçılarla xərc və infrastruktur baxımından rəqabət apara bilməsi deməkdir. Bu kontekstdə Avropa İttifaqı ilə sıx əməkdaşlıq, Avropa enerji sisteminə inteqrasiya böyük fürsətlər yarada bilər. Çünki Avropa İttifaqı yaşıl enerji üçün ən cəlbedici bazardır. Coğrafi yaxınlıq və mövcud qaz kəməri infrastrukturu isə Azərbaycanın ixrac imkanlarını gücləndirir.

Süni intellekt isə Azərbaycan kimi Qlobal Şimala daxil olmayan ölkələr üçün inkişaf şansı yaradır. Lakin bu şansın reallaşması rəqabətqabiliyyətli mühitin yaradılmasından, startapların və tətbiqi tədqiqatın daha güclü dəstəklənməsindən asılıdır. Hazırda xüsusən startap ekosistemi və elmi-tədqiqat təşviqlərində müəyyən boşluqlar var. Gələcəyin modeli tətbiqyönümlü tədqiqatdır: universitetlərin və biznesin birgə işlədiyi format.

Ən vacib məqam odur ki, bu proses yalnız beynəlxalq əməkdaşlıq ilə uğurlu ola bilər. Birgə layihələrin son məqsədi beynəlxalq miqyasda istifadə olunan, rəqabətədavamlı məhsul yaratmaqdır. Yeni inkişaf dalğası sərhəd tanımır, sağlam rəqabət və iqtisadi tənzimləmə siyasəti fonunda ölkənin texnoloji inkişafı mümkündür. İqtisadi açıqlıq ona görə vacibdir ki, nisbətən kiçik bazarı olan ölkələrin şirkətləri yalnız xarici bazarlara çıxaraq böyüyə bilərlər. İqtisadçılar üçün bu ən vacib məsələlərdən biridir. Bu artım nəticədə ölkənin ÜDM-nin artımı və yaşayış standartlarının artması deməkdir.

-COP29-un yaratdığı dinamika fonunda Azərbaycanın “yaşıl gündəliyi” iqtisadi transformasiya ilə yanaşı, cəmiyyətin ekoloji şüuruna və institusional inkişafına necə təsir göstərir? Bu kontekstdə, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi sıfırdan qurulması regionda davamlı inkişaf üçün hansı yeni perspektivlər açır?

- Son illərin ən mühüm nailiyyətlərindən biri yaşıl gündəliyin Azərbaycanda əsas prioritetlərdən birinə çevrilməsidir. Bu baxımdan COP29 mühüm rol oynayıb.

Fosil enerjidən yaşıl enerji daşıyıcılarına keçid təkcə iqtisadi transformasiya deyil, həm də cəmiyyətin dəyişməsi deməkdir. İqlim dəyişikliyi və emissiyalar, su qıtlığı, şəhərlərdə temperaturun artması kimi problemlərə dair ekoloji şüur son illərdə artıb. Bu da cəmiyyəti müasir iqtisadi inkişaf modeli ilə harmonik vəhdətə çevirir, texnoloji inkişafa daha uyğun edir.

İqtisadi siyasət istiqamət verməlidir ki, gənclər yeni bacarıqlarla, yaşlı nəsil isə təcrübəsi ilə bu inkişafı vizuallaşdıra və nəticədə reallaşdıra bilsin. Avstriyalı iqtisadçı Misesin vurğuladığı kimi, dayanıqlı keçid üçün investisiya siqnallarının sağlam işləməsi vacibdir. Yəni hüquqi sabitlik, mülkiyyət hüquqları və bazar qiymət mexanizminin aydınlığı yeni enerji layihələrinə inam yaradır. Müasir dövrdə ideya yarışının getdiyi institusionallaşmış platformalarla yanaşı, ideya mübadiləsinin baş verdiyi şirkətlər də ölkə inkişafının lokomotivinə çevrilir. Bu prosesdə mədəni müxtəlifliyin də böyük töhfəsi var. Azərbaycanda multikultural cəmiyyət formalaşıb. Tolerantlıq və multikulturalizm cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi olmaqla yanaşı, onun inkişaf potensialını və sərhədlərini müəyyən edən vacib amildir.

Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişafı isə bütün region üçün müsbət nəticələr yarada bilər. Bu, ekoloji, iqtisadi, sosial və xüsusilə siyasi müstəvidə yeni başlanğıc deməkdir. Bu dəyişiklik region üçün dayanıqlı inkişafı və davamlı sülhü gücləndirə bilər. Sıfırdan qurulan enerji infrastrukturu daha modern, səmərəli və gələcək standartlara uyğun sistem yaratmaq imkanı verir.

- Azərbaycanın yaşıl enerji keçidində və xüsusən yaşıl hidrogen istehsalında mövcud infrastrukturu və təbii potensialı hansı strateji üstünlükləri yaradır? Bu keçidin sürətləndirilməsində xarici investisiyaların və özəl sektorun rolu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın burada ciddi strateji üstünlükləri var. Ölkə güclü Günəş və külək potensialına, əhəmiyyətli su resurslarına və ən vacibi Qərbi Avropaya qədər uzanan boru kəməri infrastrukturuna malikdir. Mövcud qaz kəmərlərinin gələcəkdə hidrogen nəqlinə uyğunlaşdırılması böyük üstünlükdür.

Yaşıl hidrogen sahəsində ölkənin beynəlxalq investisiyalara açılması mühüm əhəmiyyət daşıyır. Çünki transformasiya üçün tələb olunan kapital çox böyükdür və xarici birbaşa investisiyalar olmadan bu yükü tam şəkildə daşımaq çətindir.

Bundan əlavə, mən özəl investisiyalar hesabına Günəş enerjisinin istehsalının sürətləndirilməsində böyük potensial görürəm. Şəhər mühitində Günəş enerjisinin təşviqi, yeni tikililərdə məcburi enerji səmərəliliyi və Günəş inteqrasiyası kimi tənzimləmələr iqtisadiyyatın ümumi enerji səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər. Bu sahədə Avropa ölkələrinin təcrübəsindən öyrənmək vacibdir. Eyni zamanda, Günəş enerjisinin genişləndirilməsi ötürücü şəbəkələrin və enerji saxlama imkanlarının inkişafı ilə paralel getməlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

Teatr tarixində ilk: Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub

Cəlilabadda bədbəxt hadisə baş verib

Telman İbrahimov: Qafqaz Albaniyasında heykəltaraşlıq ənənələrinin kökləri qədim dövrlərə gedib çıxır

İlqar Fəhmi: Nizami yaradıcılığının təbliği, gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır

Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar

Elm Fondunun qrant dəstəyi Qafqaz Albaniyasının maddi-mədəni irsinin tədqiqinə yeni imkanlar yaradır

Ekspert: Paytaxtın mərkəzdən kənarlara doğru genişləndirilməsi və inkişaf etdirilməsi həyata keçirilməlidir

Diplomatların Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh ritorikası ilə reallıq arasındakı ziddiyyətdir ŞƏRH

Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Dövlət katibi: ABŞ Səudiyyə Ərəbistanı qarşısındakı müdafiə öhdəliklərini yerinə yetirəcək

Xaçmazda oğurluq edən şəxs saxlanılıb

ABŞ, Danimarka və Qrenlandiya liderləri bu gün təhlükəsizlik sazişi imzalayacaqlar

Sabah Masallının 4 yaşayış məntəqəsinə qazın verilişi dayandırılacaq

Azərbaycan türk dövlətləri arasında turizm əlaqələrinin inkişafında mühüm rol oynayır

Nyu-Yorkda BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi başlayır

Livan ölkənin cənubunda yeni beynəlxalq kontingentin yerləşdirilməsini istəyir

Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi kompleks şəkildə araşdırılmalıdır

Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır

Qarabağ və Şərqi Zəngəzurda arxeoloji ekspedisiyaların miqyası artırılır

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır

Misin qiyməti rekord göstəriciyə çatır

Metronun “Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb VİDEO

Metronun “Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb VİDEO

Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir

Akademik Hüseyn Əhmədovun 100 illiyinə həsr olunmuş konfrans

Metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq VİDEO

Metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq VİDEO

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib