Yay məktəbi təəssüratları FOTOSESSİYA
Bakı, 29 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 308 ümumi təhsil müəssisəsində yay məktəbi təşkil edilib.
AZƏRTAC BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən “Yay məktəbi təəssüratları” mövzusunda fotosessiyanı təqdim edir.
Xatırladaq ki, iyunun 30-dək davam edəcək yay məktəbinə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla qoşulublar. Yay məktəbi şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.