YAY ŞUMU QALDIRILIR
Zaqatala, 28 avqust (AZƏRTAC). Zaqatala taxılçıları gələn ilin mövsümünə indidən ciddi hazırlaşırlar. Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirmişlər ki, hazırda təsərrüfatlarda payızlıqların səpini üçün yay şumunun qaldırılması davam edir. İndiyədək təsərrüfatlarda 3.300 hektardan artıq sahə şumlanmışdır. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 310 hektar çoxdur. Payızlıqların səpini üçün indiyədək 1.271 ton yüksək reproduksiyalı toxum fondu ayrılmışdır. Təsərrüfatların toxuma olan ümumi tələbatı isə 2.640 tondur.
Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 12 min hektar sahədə taxıl əkiləcəyi proqnozlaşdırılır. Xatırladaq ki, 2009-cu ildə Zaqatala taxılçıları 12 min 73 hektar sahədən 26 min 802 ton, yəni ötən ildəkindən 5.463 ton çox məhsul götürmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]