Yeddi terrorçu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub
Ankara, 19 sentyabr, AZƏRTAC
Türkiyə hökuməti terrorizmi aradan qaldırmaq üçün fəaliyyətini şaxələndirib. Bu sahədə genişmiqyaslı fəaliyyət istiqamətlərindən biri də terror təşkilatlarının sıralarındakı şəxslərlə və onların ailələri ilə danışıqların aparılmasıdır.
AZƏRTAC xəbər verir ki, hökumətin bu siyasəti ciddi nəticə verməkdədir. Təsadüfi deyil ki, təhlükəsizlik qüvvələrinə təslim olanların sayı gündən-günə artır. Hakkari valiliyinin saytında yer alan 18 sentyabr tarixli məlumata görə, 2014-cü ildə PKK/KCK terror təşkilatının sıralarına daxil olan bir terrorçu aparılan danışıqlar nəticəsində təslim olub.
Digər bir rəsmi məlumatda isə qeyd edilib ki, 4-ü qadın olan 6 terrorçu İraqın şimalındakı PKK düşərgələrindən qaçaraq Silopi rayonu ərazisində Habur gömrük-keçid məntəqəsi yaxınlığında təhlükəsizlik qüvvələrinə təslim olublar.
Könüllü təslim olan və yaxud əməliyyatlar zamanı ələ keçirilən şəxslər terror qruplaşmalarının düşərgələrində ağır işgəncə, zorakılıq və təcavüz hallarına məruz qaldıqlarını bildiriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]