Yelisey sarayının sabiq baş katibi parlament orqanları ilə əməkdaşlığa çağırılıb
Paris, 8 aprel, AZƏRTAC
Korrupsiyaya qarşı mübarizə assosiasiyası Emmanuel Makronun “sağ əli”, hətta vitse-prezident adlandırılan Yelisey sarayının baş katibi Aleksis Kohleri öz mövqeyinə yenidən baxmağa və icra hakimiyyətinin hesabatlılığı naminə parlament orqanları ilə tam əməkdaşlığa çağırıb.
AZƏRTAC xəbər verir ki, Yelisey sarayının baş katibi mineral suyun mümkün qeyri-qanuni təmizlənməsi ilə bağlı Senatda dindirilməli idi.
Beynəlxalq Şəffaflıq Korrupsiyaya qarşı Mübarizə Assosiasiyası (Transparency International) Alexis Kohlerin Senatda su qalmaqalı ilə bağlı araşdırma komissiyasının çağırışını imtina etməsini pisləyib. “Radio France” və “Le Monde”un araşdırma bölməsinin mineral suyun mümkün qeyri-qanuni təmizlənməsi ilə bağlı açıqlamalarından sonra Yelisey sarayının istefa verən baş katibi senatorlar tərəfindən dindirilməli idi. Aleksis Kohler isə dinləməyə getməkdən imtina edib.
“Demokratik sistemimizin etibarlılığı və ictimai sağlamlığın qorunması təhlükə altındadır”, - deyə assosiasiya mətbuata açıqlamasında bildirir.
Səkkiz il çalışdığı Yelisey sarayının baş katibi vəzifəsinə əlvida deyən A. Kohler “Societe Generale” bankının baş direktorunun müavini təyin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]