Yeni Atlantik qasırğalar mövsümündə 6-dan 10-dək qasırğa gözlənilir
Vaşinqton, 2 iyun, AZƏRTAC
İyunun 1-də Atlantik qasırğalar mövsümü başlanır. Bununla əlaqədar, federal hakimiyyət orqanlarının və Amerika ştatları administrasiyalarının nümayəndələri fövqəladə vəziyyətlərdə fəaliyyət planının yenilənmiş versiyasını dərc ediblər.
AZƏRTAC xəbər verir ki, 2020-ci il mövsümündə qasırğaların intensivliyinin əvvəlki illərə nisbətən bir neçə dəfə çox olacağı gözlənilir. ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin proqnozuna görə, gözlənilən 13-19 fırtınanın 70 faizi 6-dan 10-dək qasırğa əmələ gətirəcək.
Kolorado Dövlət Universitetinin Meteoroloji Proqnozlaşdırma Mərkəzi 14 tropik fırtına, 8 qasırğa və 4 şiddətli qasırğa gözləyir.
Ötən il mövsümün ən güclü fırtınası “Dorian” qasırğası olub. O, Baham adalarına və yaxınlıqdakı rayonlara böyük ziyan vurub.
Fövqəladə vəziyyətlər üzrə federal agentlik ötən həftə qasırğa mövsümünün öhdəsindən gələcəyini bəyan etmişdi. Hazırda agentliyin sərəncamında təqribən 80 milyard dollar var ki, bu da COVID-19-la mübarizəyə ayrılan vəsaiti iki dəfə üstələyir.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]