Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Avrasiyanın enerji memarlığı: Zəngəzurda elektrik xətti ilə atılan strateji imza - ŞƏRH

Yeni Avrasiyanın enerji memarlığı: Zəngəzurda elektrik xətti ilə atılan strateji imza -  ŞƏRH

Bakı, 2 fevral, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev uzaqgörən liderliyi ilə əldə etdiyi tarixi Qarabağ Zəfərini bu gün həm də geoiqtisadi müstəvidə böyük bir yüksəlişlə taclandırır. Bu yüksəlişin ən konkret və strateji təzahürü “Zəngəzur” elektrikötürmə xətti layihəsidir. Lakin bu layihəyə, sadəcə, yüksəkgərginlikli kabellərin çəkilməsi kimi yanaşmaq regionda baş verən nəhəng geosiyasi dəyişimi görməmək deməkdir. “Zəngəzur” xətti texniki enerji layihəsindən qat-qat artıq məna daşıyır. Bu, bir dövlətin tam müstəqillik iradəsinin ifadəsidir. Bu xətt Azərbaycanın enerji suverenliyini ölkə ərazisinin hər bir nöqtəsinə yaymaq qətiyyətinin göstəricisidir. Uzun illər Ermənistanın işğal siyasəti və regional məhdudiyyətlər səbəbindən enerji təchizatı məsələsində xarici təzyiqlərə və qonşu ölkələrlə aparılan mübadilə razılaşmalarına məcbur qalan Naxçıvan bu xətt vasitəsilə əsas ərazi ilə birbaşa birləşdirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türk politoloq Nur Tuğba Aktay söyləyib.

O bildirib ki, bu enerji körpüsü Naxçıvanı xarici asılılıqdan çıxararaq tam nəzarət olunan, dayanıqlı və milli enerji sisteminin ayrılmaz hissəsinə çevirir. Enerji burada artıq, sadəcə, iqtisadi resurs deyil, Azərbaycanın müstəqil qərarvermə gücünün və dövlət potensialının əsas təminatçısıdır. Beynəlxalq sistemin geosiyasi resessiya və böyük xaos burulğanından keçdiyi bir dövrdə güc artıq yalnız istehsal həcmi ilə deyil, enerjinin hansı xətlər üzərindən və hansı siyasi memarlıq daxilində dövriyyəyə buraxılması ilə ölçülür. “Zəngəzur” elektrikötürmə xətti Azərbaycanı qlobal enerji oyununda enerji axınlarını idarə edən, istiqamətləndirən və qiymət formalaşdıran mərkəzi ölkə statusuna yüksəldir. Bu addım qaydaların aşındığı postnizam dünyasında Bakının öz strateji doktrinasını beynəlxalq müstəvidə qəbul etdirməsidir.

“Zəngəzur xətti Bakının əlindəki strateji alətləri şaxələndirir. Qara dəniz vasitəsilə planlaşdırılan Yaşıl Enerji Dəhlizinə (Gürcüstan–Rumıniya xətti) rəqib deyil, onu tamamlayan və Türkiyə ərazisindən Avropanın mərkəzinə uzanan daha sürətli, daha ucuz və daha təhlükəsiz alternativ təqdim edir. Zəngəzur avtomobil yolu, dəmir yolu və enerji xətləri ilə birləşərək Avrasiyanın yeni logistika onurğa sütununu formalaşdırır. Bu çərçivədə Türkiyə ilə qurulan strateji enerji tərəfdaşlığı təkcə iki qardaş ölkə arasında əməkdaşlıq protokolu deyil. Bu, Türk dünyasının XXI əsrdəki ortaq iradəsinin, Şuşa Bəyannaməsi ilə təsbit olunmuş sarsılmaz birliyin elektrik şəbəkələrinə əks olunmasıdır. Azərbaycanın istehsal etdiyi enerjinin Türkiyənin inkişaf etmiş ötürmə infrastrukturu vasitəsilə Avropa enerji sisteminə inteqrasiya olunması qlobal enerji xəritəsində həm Bakını, həm də Ankaranı əvəzolunmaz aktorlar sırasına çıxarır. Bu xətlər təkcə elektrik daşımır – regional sabitlik, siyasi balans və sülh yaradır”, - deyə Nur.T.Aktay vurğulayıb.

Türk politoloq onu da əlavə edib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru Yaşıl Enerji Zonası elan etməklə gələcəyi bu gündən inşa edir. Fosil yanacaq zənginliyini günəş və külək enerjisi potensialı ilə birləşdirən bu baxış Azərbaycanın keçmişin enerji ölkəsi deyil, gələcəyin enerji memarı olduğunu sübut edir. 1000 meqavatlıq bu nəhəng ötürmə gücü işğaldan azad olunmuş ərazilərin inkişaf lokomotivinə çevriləcək və regionu istehsal mərkəzinə transformasiya edəcək.

“Zəngəzur elektrikötürmə xətti suverenlikdir, inkişafdır və sülhdür. Azərbaycan bu gün təkcə öz ərazilərini deyil, Yeni Avrasiyanın enerji taleyini də formalaşdırır. Bu tale güclü dövlət ağlı və milli mühəndislik potensialı ilə atılan strateji addımlar sayəsində Bakı mərkəzli yeni dünya balansına doğru qətiyyətlə irəliləyir”, - deyə o əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı oldu

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək