Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni dövrün yeni missiyası: Böyük Türk Birliyi

Yeni dövrün yeni missiyası: Böyük Türk Birliyi

Bakı, 18 fevral, AZƏRTAC

Milli Məclis növbəti dəfə Prezident İlham Əliyevin andiçmə mərasiminə ev sahibliyi etdi. Bu çox rəmzi məna daşıyır. Prezidentin andiçmə mərasiminin xalq tərəfindən seçilmiş təmsilçilərin iştirakı ilə keçirilməsi sadəcə deputatların deyil, onların təmsil etdiyi bütün xalqın qarşısında and içmək anlamına gəlir. Budəfəki prezident seçkilərində İlham Əliyevin ən yüksək nəticə ilə qalib gəlməsi onun həmişə öz andına sadiq qalması ilə bağlıdır.

Bu fikri Milli Məclisin deputatı Cavanşir Feyziyev AZƏRTAC -a açıqlamasında bildirib.

“Yaxşı xatırlayıram ki, 2003-cü ildə gənc namizəd İlham Əliyev seçildiyi təqdirdə 5 il ərazində qaçqın düşərgələrini ləğv edəcəyini və 600 min iş yeri yaradacağını vəd etmişdi. Bu vədlər həmin illər üçün həddindən artıq iddialı görünürdü və əslində verilən sözlərin heç olmasa bir hissəsinin yerinə yetirilməsi də xalqı qane edəcəkdi. Amma ilk 5 il İlham Əliyevin hansı gücə və iradəyə qadir olduğunu göstərdi. Doğrudan da ölkənin bir çox bölgələrində qaçqınların və məcburi köçkünlərin sığınması üçün tikilmiş bütün düşərgələr ləğv olundu və soydaşlarımızın daha rahat bir şəraitdə müvəqqəti yaşaması təmin olundu. İlham Əliyev, eyni zamanda, 660 min yeni iş yerinin yaradılmasına nail oldu və bu, vətəndaşların rifahının nəzərəçarpacaq dərəcədə yaxşılaşmasında da özünü göstərdi”, - deyə deputat Cavanşir Feyziyev vurğulayıb.

Deputat qeyd edib ki, 2008 və 2013-cü il seçkilərində Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və layihələr əsasən ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək, ölkədə institusional islahatların keçirilməsi ilə bağlı idi: “İlham Əliyev 10 il davam edən sonrakı iki prezidentlik müddətində bu vəzifələrin də öhdəsindən artıqlaması ilə gəldi. Enerji resurslarından asılılığı azaltmaq məqsədilə iqtisadiyyatın şaxələndirilməsi üzrə çox mühüm layihələr həyata keçirildi, korrupsiya ilə mübarizənin səmərəli şəkildə həyata keçirilməsi üçün dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi istiqamətində çoxsaylı sistem islahatları aparıldı, vətəndaşların orta aylıq gəlirləri nəzərəçarpacaq dərəcədə artdı, bütün ölkə boyunca irihəcmli infrastruktur layihələri reallaşdırıldı. Xarici siyasət sahəsində də mühüm nailiyyətlər əldə olundu. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir neçə beynəlxalq təşkilatın qərar və qətnamələrində öz əksini tapdı. Bu illər ərzində Azərbaycan xalqı bütün çətinliklərə və problemlərə baxmayaraq, İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək davamlı inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi”.

Cavanşir Feyziyev diqqətə çatdırıb ki, 2003-cü ildən davam edən dövlət quruculuğu prosesində mühüm yeri ordu quruculuğu tuturdu: “İlham Əliyevin prezidentliyi dövründə ordumuz ən müasir standartlar əsasında yenidən quruldu və torpaqlarımızın işğaldan azad olunması üçün hər zaman müharibəyə hazır vəziyyətə gətirildi. 2020-ci ilin Vətən müharibəsindəki Zəfərimiz Azərbaycan xalqının son iki əsrlik tarixində ən böyük qələbəsi oldu. Bu qələbəni əldə edən, ordunu və xalqı daim bu qələbəyə hazırlayan və bu şanlı qələbəni tariximizə yazan Ali Baş Komandan İlham Əliyev oldu. Xalq İlham Əliyevin 20 illik prezidentliyi dövründə görünməmiş müsbət dəyişikliklərin şahidi oldu. Ona görə də 7 fevral seçkilərində xalq, demək olar ki, yekdilliklə İlham Əliyevə səs verdi. Prezident İlham Əliyevin özünün də vurğuladığı kimi, bu seçkilərlə yeni dövrə qədəm qoyuruq”.

Milli Məclisin deputatı qeyd edib ki, yeni dövrün yeni vəzifələri və nəhəng layihələri var. Vətən müharibəsindən keçən 3 il göstərdi ki, dünyada güc mərkəzi sayılan heç bir dövlət və heç bir beynəlxalq təşkilat təmənnasız olaraq, sadəcə beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın haqlı mövqeyini müdafiə etmək fikrində və əzmində deyil. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, biz öz haqqımızı öz gücümüzlə aldıq. Ona görə Azərbaycanın dünya siyasi və iqtisadi sisteminə gələcək inteqrasiyası da məhz bu rakursdan dəyərləndirilməli və yeni dövrdə siyasi gələcəyimizlə bağlı doğru və hərtərəfli ölçülüb biçilmiş addımlar atılmalıdır. Bu addımların sayı çoxdur, amma onların içərisində xalqımız üçün taleyüklü sayıla biləcək biri var. Bu, müstəqil türk dövlətləri arasında inteqrasiya proseslərini sürətləndirməklə Türk Dövlətləri Birliyini yaratmaqdır. Biz bugünkü ədalətsiz dünyanın qarşısına tək-tək deyil, bütün qardaş türk dövlətləri ilə birlikdə, əbədi müttəfiqlər kimi çıxmalıyıq. Prezident İlham Əliyev özünün andiçmə mərasimindəki çıxışında qısa da olsa bu mövzuya toxunaraq türk xalqlarını bir ailə kimi dəyərləndirdi. Bu doğrudan da belədir. Tarixən də belə olub və bu gün də belədir. Vətən müharibəsi zamanı bütün türk xalqlarının bizimlə həmrəylik nümayiş etdirməsi, bütün türk xalqlarının bizim Zəfərimizlə öyünməsi aramızdakı qırılmaz mənəvi bağlılığın həmişəyaşar olmasının göstəricisi idi. Prezident andiçmə mərasimində çıxışındakı qısa toxunuşla Azərbaycanın dünya siyasi meydanındakı gələcək mövqeyini açıq-aydın ifadə etmiş oldu. Əcdadlarımızın əsrlər boyu can atdıqları, bəzən əldə etdikləri və çox hallarda da itirdikləri böyük türk birliyi bütün müstəqil türk dövlətlərinin və ilk növbədə, Azərbaycanın siyasi gündəliyində öndə duran məsələyə çevrilir. SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş bütün türk dövlətlərində xalqlar daim bu birliyə can atıblar, onu gələcəyimizin etibarlı təminatı kimi görüblər.

“İndiyədək dövlətimizin və xalqımızın gələcəyi ilə bağlı bütün faydalı və səmərəli təşəbbüsləri böyük uğurla həyata keçirmiş Prezident İlham Əliyevin növbəti prezidentlik dövründə dünya türk xalqlarının ən müqəddəs arzusu olan birlik ideyasını gerçəkləşdirəcəyi də şübhəsizdir. O zaman bizim daha böyük və daha güclü olacağımız da şübhəsizdir. Hələ minilliklər öncə Bilgə Xaqanın söylədiyi kimi: “...Ey Türk, titrə və özünə dön. Sən özünə dönəndə böyük olursan”. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında bütün Türk dünyasının böyüklüyünü, qüdrətini özünə qaytarmaq və bütün türk xalqlarının xoş gələcəyini təmin etmək kimi şərəfli bir missiyanın yolundadır. Yolumuz uğurlu olsun!”, - deyə deputat Cavanşir Feyziyev fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək