YENİ İŞ YERLƏRİ AÇILIR
Regionların sosial -iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbrilər nəticəsində Ağdaşda yeni iş yerlərinin sayı durmadan artır. Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Proqramın həyata keçirilməsindən bəri Ağdaşda onlarla yeni istehsal və xidmət sahələri açılmış, bir sıra müəssisə və təşkilatların fəaliyyəti bərpa edilmişdir. Təkcə bu il “Aqrotexservis”də, “Azəriqazbank”ın rayon filialında, digər xidmət və istehsal obyektlərində xeyli sakin yeni iş yerləri ilə təmin edilmişdir. Bu ilin səkkiz ayı ərzində 1403 iş yeri açılmışdır ki, bunun da 255-i daimi, qalanı isə müvəqqəti və mövsümidir. Ümumiyyətlə, Proqramın qəbulundan sonra rayonda 6322 yeni iş yeri açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]