Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni layihəmi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etmişəm – istedadlı pianoçu

Yeni layihəmi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etmişəm – istedadlı pianoçu

Onun ən böyük arzusu Azərbaycanı hər zaman layiqincə təmsil etməkdir

Bakı, 24 iyul, Gülay Nəzərova, AZƏRTAC

AZƏRTAC Beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, Beynəlxalq və respublika müsabiqələr laureatı, Qran-Pri mükafatçısı Ayan Məmmədlidir.

Ayanın 22 yaşı var. O, 2008-2019-cu illərdə Türk Dünyası Araşdırmaları Vakfının Bakı Atatürk Liseyində orta ixtisas təhsili, paralel olaraq, 2008-2019-cu illərdə Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində, Əməkdar müəllim Nazilə Yaqubovanın sinfində fortepiano ixtisası üzrə təhsil alaraq, hər iki məktəbi əla qiymətlərlə və qırmızı diplomla bitirib.

Onun musiqiyə olan sevgisi, həvəsi və rəğbəti çox kiçik yaşlarından yaranıb. Hələ 3-4 yaşlarında ailəsi onun bu sahəyə yönəlməsinə dəstək olub. İlk təhsilini Bakı şəhər Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında alıb. Orada artıq 4-5 yaşlarında bəzi kiçik uşaq mahnılarını pianoda böyük həvəslə ifa edib. 6 yaşı olanda isə Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində “Fortepiano” ixtisası üzrə təhsil alıb. Ayanın anası musiqi beşiyimiz olan Şuşadandır.

Ayan 9 yaşında olanda ilk dəfə Estoniyanın Narva şəhərində keçirilən İ.S.Bax adına Beynəlxalq Piano Müsabiqəsinə qatılaraq, iki nominasiya üzrə qalib olub. “Təhsil aldığım musiqi məktəbinin tarixində fortepiano ixtisası üzrə Beynəlxalq müsabiqə laureatı adını qazanan ilk şagird oldum. Daha sonra İtaliya, Malta, Avstriya, İngiltərə, Yaponiya, Türkiyə, Rusiya və Azərbaycanda keçirilən beynəlxalq müsabiqələrdə iştirak edərək, hər birində qalib adını qazandım. Eyni zamanda, Niderlandda, Almaniyada, Danimarkada müxtəlif mühüm tədbirlərdə solo konsertlərlə uğurlu çıxış etdim. Bütün bu müsabiqə və konsertlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etməyin məsuliyyətini daşıyırdım. Səfərlərdə bir çox əcnəbi musiqiçilər, sənət adamları ilə tanış olurduq. Bu görüşlərin sayəsində mən müxtəlif illərdə piano üzrə ustad dərsləri alaraq, xüsusi sertifikatlarla təltif olunmuşam. Müsabiqələrin birində, hələ 14 yaşım olanda dünyanın mədəniyyət beşiyi sayılan Avstriyanın Salzburq şəhərində keçirilən yarışmada Qran-Pri mükafatına layiq görüldüm. Bundan sonrakı hədəfim Avropada nüfuzlu ali məktəbə daxil olmaq idi. Çünki orada musiqinin sirlərini öyrənmək imkanım var idi. Düşündüm ki, klassik Avropa musiqisinə elə onun öz məkanında yiyələnmək mənə daha gözəl nəticələr verəcək”, - deyə Ayan Məmmədli diqqətə çatdırıb.

Bildiyimiz kimi, Avstriyanın Anton Brukner adına Konservatoriyasının bakalavr pilləsinə qəbul imtahanları heç də asan deyil. Lakin, Ayanın uzun illər Azərbaycanın və Avropanın böyük səhnələrində uğurlu çıxışları ona xeyli təcrübə qazandırıb. Həmin illər ərzində ustad sənətkarlar və müəllimlərdən aldığı biliklər sayəsində bu çətin sınaqdan üzüağ çıxmağı bacarıb. Həmin Konservatoriyanın bakalavr pilləsinin tələbəsi adını qazanan ilk və hələki yeganə azərbaycanlı olub.

“Avropada təhsil aldığım bu illər ərzində ən böyük arzularımdan biri orada doğma yurdumun milli musiqilərini təbliğ etmək idi. Mən bu arzuma nail oldum. Beləki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsiylə bağlı, milli musiqilərimiz, muğamlarımız və xalq mahnılarımızdan ibarət “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı üç dildə maraqlı bir layihə hazırladım. 2022-ci ildə bu layihənin Haaqa, Vyana, Salzburq, Linz, Oslo və Budapeşt şəhərlərində çox maraqlı təqdimatları keçirilib. Milli bəstəkar və xalq mahnılarımız yerli tamaşaçıların çox böyük marağına səbəb oldu”, – deyə piano ifaçısı vurğulayıb.

Harada olmasından asılı olmayaraq Ayanın qəlbi hər zaman Azərbaycanla döyünür. O, Vətən sevgisini hər bir konsertdə daha aydın göstərir, milli musiqimizin özünəməxsus incəliklərini bütün dünyaya nümayiş etdirmək üçün hər zaman böyük səylə çalışır. “2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Ulu Öndərimizə həsr olunmuş və onun çox sevdiyi mahnılardan ibarət olan növbəti layihəmdəki əsərləri Avstriyanın Vyana və Linz şəhərlərində, həmçinin 2023-cü il mayın 10-da Cənubi Amerikada, Argentinanın paytaxtı Buenos Ayres şəhərində Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə keçirilən möhtəşəm tədbirlərdə solo konsertlə xarici tamaşaçılar qarşısında çıxış etdim”, - deyə A.Məmmədli diqqətə çatdırıb.

Sevindirici haldır ki, azərbaycanlı pianoçunun COP29-a aid hazırladığı musiqi layihəsinin Danimarkada təqdimatı olub. Konsert Danimarka-Azərbaycan Gənclər Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilib. Ayan Məmmədli özü bu barədə deyir: “Mən də hamı kimi, yaşıl təbiəti, dənizi, çayları, təmiz ekologiyanı çox sevirəm. Bildiyiniz kimi, bütün dünyada ekologiyanın qorunması, zəngin enerji mənbəyinin əldə edilməsi çox vacib məsələdir. Hər kəs bunun üçün çalışmaqdadır. Hər il dünyanın müxtəlif yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Bu il bu mötəbər tədbirin növbəti toplantısı, mənim doğma vətənim Azərbaycanda keçiriləcək. Hazırda bu möhtəşəm tədbirlə bağlı çox ciddi hazırlıqlar görülür. Mən də bu işə öz töhfəmi verməyə çalışdım. Bu məqsədlə də, bir musiqiçi kimi, bütün insanlara yaşıl və təmiz dünyamız naminə öz musiqimlə çağırışlar etmək istəyirəm. Bugünkü konsertdə sizlərə ifa edəcəyim əsərlərdə Azərbaycanımızın çox gözəl təbiətinə və iqlimə həsr olunmuş musiqi əsərləri səslənəcək”.

Qeyd edək ki, onun COP29-la bağlı payız aylarında da Avstriyada yenidən konserti nəzərdə tutulur.

Ayan hər zaman doğma vətənini fəal və yaradıcı bir gənc kimi layiqincə təmsil etməyi özünə borc və vəzifə bilir. Onun ən böyük arzusu, Azərbaycanı hər zaman daha böyük salonlarda layiqincə təmsil etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var