YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Bu münasibətlə keçirilən mərasimdə rayon təhsil idarəsinin rəisi Elmar Əliyev - rayon icra hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov çıxış edərək rayonda aparılan yenidənqurma və abadlıq işlərini, yeni obyektlərin tikilib istifadəyə verilməsini dahi öndərin yaratdığı sabitliyin və iqtisadi yüksəlişin məntiqi davamı kimi qiymətləndirmişlər. Məktəbin müəllimləri bildirmişlər ki, bünövrəsi 1921-ci ildə qoyulmuş kənd məktəbi son illər tamamilə yararsız hala düşmüşdü. Şagirdlərin sayı artdığından burada dərslər üç növbədə keçirilirdi. Bu da bir çox çətinliklər yaradırdı. Yüksək keyfiyyətlə inşa olunmuş və müasir avadanlıqlarla təchiz edilmiş yeni məktəb binası bütün kollektivin sevincinə səbəb olmuşdur.
Məktəbin şagirdləri ümummilli lider Heydər Əliyevə həsr olunmuş şerlər söyləmişlər. Sonda qırmızı lent kəsilmiş və mərasim iştirakçıları məktəbin tədris otaqları ilə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]