İQTİSADİYYAT
YENİ QAZMA QURĞUSUNUN İSTEHSALINA BAŞLANACAQDIR
“Azərneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin “AzİNMAŞ” Elmi Tədqiqat İnstitutu “Bakı fəhləsi” zavodu ilə birgə yeni qazma qurğusunun layihəsi üzərində iş aparır.
Səhmdar Cəmiyyətin texniki inkişaf şöbəsinin rəisi, professor Fikrət Əmirbəyov AZƏRTAC-ın müxbirinə demişdir ki, yeni qurğu 80 ton yükqaldırma qabiliyyətinə malikdir. Bu, 3500 metrə qədər dərinliyi olan neft-qaz quyularında səmərəli qazma işləri aparmağa imkan verəcəkdir. Mütəxəssislərin qənaətinə görə, müasir tələblərə cavab verən bu qurğunun kütləvi istehsalına yaxın vaxtlarda başlanacaqdır.
Xatırladaq ki, “AzİNMAŞ” Elmi Tədqiqat İnstitutu İSO beynəlxalq sertifikatına layiq görülən müəssisələrdən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.11.2023 [15:34]
AMB: “Açıq bankçılıq” maliyyə inklüzivliyini artıracaq
- 30.11.2023 [15:05]
"Bakcell"in Azərbaycan bazarında payı 30 faizdir
- 30.11.2023 [13:56]