Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yeni tarixi dövr və milli ideya” – AMEA-da müzakirələr

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasında “Yeni tarixi dövr və milli ideya” mövzusunda ikinci müzakirə keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan akademiyanın prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi “Bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır”, - sözlərini xatırladıb və bundan irəli gələrək yanvar ayında bu istiqamətdə ilkin müzakirələrin keçirildiyini xatırladıb. Qeyd edib ki, həmin müzakirələr zamanı humanitar və ictimai elmləri təmsil edən 16 nüfuzlu alim mövzu barədə fikirlərini bildirərək bu istiqamətində 37 təklif səsləndiriblər.

Akademik İsa Həbibbəyli bildirib ki, ideologiya ilə ideya bir-birinə yaxın olan anlayışlardır və dövlətimizin əsas ideologiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş azərbaycançılıq ideologiyasıdır və səsləndirilən təkliflərdə də gələcək milli ideyanın baza hissəsini bu ideologiya təşkil edir.

“Alimlərimiz tərəfindən ilkin müzakirələr zamanı güclü lider, güclü dövlət, güclü xalq, Böyük Qayıdış kimi milli ideya ola biləcək təkliflər səsləndirilib. Biz, həmçinin milli ideyanın nə demək olmasını müəyyənləşdirərkən onun ifadə formatını da tapmalıyıq. Yəni qardaş Türkiyəyə münasibətdə Ulu Öndərin “Bir millət, iki dövlət” sözlərini, yaxud Vətən müharibəsində dövlət başçısının ümummilli şüara çevrilmiş “Qarabağ Azərbaycandır!” nidasını qəbul etdiyimiz kimi, yeni milli ideyamız da müəyyən formata, modelə əsaslanmalıdır”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

AMEA rəhbəri Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki nitqində səsləndirdiyi fikirlərin milli ideyamızın müəyyənləşdirilməsi üçün mühüm yol xəritəsi olduğunu deyib.

Diqqətə çatdırıb ki, artıq akademiyada azərbaycançılıq və ümummilli ideyalar əsasında metodoloji tədqiqatların aparılmasına başlanılıb. Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin dövrləşdirilməsi və inkişaf konsepsiyasının, eləcə də milli fəlsəfəmizin müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. AMEA-da həyata keçirilən tədqiqatlar Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və milli prioritetlərə əsaslanır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və ötən il sentyabrın 19-20-də antiterror tədbirləri zamanı qazanılan tarixi Qələbə ilə ərazi bütövlüyümüzün tam bərpa edildiyini deyən AMEA rəhbəri dövlət başçısı tərəfindən Xankəndi və digər işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın Dövlət Bayrağının ucaldılmasının böyük tarixi hadisə olduğunu söyləyib.

Artıq Azərbaycanda yeni tarixi dövrünün başlandığını bildirən akademik İsa Həbibbəyli ötən müddət ərzində ölkəmizdə Prezident seçkilərinin keçirildiyini və İlham Əliyevin yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildiyini, eləcə də dövlətimiz tərəfindən beynəlxalq müstəvidə yeni tarixi dövrün ideyalarına uyğun addımlar atıldığını deyib.

Akademik İsa Həbibbəyli müstəqil Azərbaycan dövlətinin bundan sonrakı tarixi dövr üçün milli ideyasının müəyyənləşdirilməsinin alimlərimizin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.

İctimai müzakirələrdə çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva milli birlik, güclü, müasir, dünyəvi, demokratik dövlət quruculuğu məsələlərinin bizim milli ideyamızın əsasını təşkil etdiyini, dünyəviliyimizi qorumalı olduğumuzu vurğulayıb.

Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxışında bildirib ki, milli ideyanın əsasını Azərbaycan cəmiyyətinin gələcəkdə nə arzuladığını müəyyən etmək təşkil edir və bu isə özlüyündə “milli arzu” anlayışını formalaşdırdığından sosioloji tədqiqatların aparılmasına ehtiyac yaranır.

Qafqazşünaslıq İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı isə qeyd edib ki, azərbaycançılıq ölkəmizin təməl ideologiyasıdır, eləcə də milli birlik və həmrəyləyimizin təməlidir. Onun sözlərinə görə, milli ideya müəyyən dövr üçün zəruri şəraitdən yaranır və millətin arzusundan, istəyindən irəli gəlir. O qeyd edib ki, milli-mənəvi köklərimizə dayanaraq modernləşməli, elm və təhsili müasir səviyyəyə qaldırmalıyıq.

Sonra çıxış edən AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov bildirib ki, Azərbaycanda milli ideyanın tarixi və spesifikası dinamik xarakter daşıyıb və hər dövrdə fərqli olub. Güclü Azərbaycan ailəsi güclü dövlətin təməllərini təşkil edir və buna daim xüsusi diqqət yetirmək lazımdır.

İctimai müzakirələrdə akademiklər Möhsün Nağısoylu, Teymur Kərimli, Muxtar İmanov, professorlar İlham Məmmədzadə, Əbülhəsən Abbasov, tarix elmləri doktorları Eynulla Mədətli, Güllü Yoloğlu, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Şərqşünaslıq İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev və başqaları çıxış edərək Azərbaycanın yeni tarixi dövr üçün yeni milli ideyası ilə bağlı təklif və mülahizələrini səsləndiriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli müzakirələr zamanı səsləndirilən güclü lider, güclü dövlət, milli birlik, Böyük Qayıdış, inkişaf etmiş dövlət, sosial rifah və türk birliyi kimi ideyaları ümumiləşdirib, yeni tarixi dövr üçün milli ideya baxımından səsləndirilən təkliflərin sırasına rəqəmsal cəmiyyət quruculuğu və milli təhlükəsizlik məsələlərini də əlavə etməyi və bu ideyaların əsasında ortaq modellərin formalaşdırılmasının məqsədəuyğun olduğunu nəzərə çatdırıb.

Qeyd olunub ki, yeni tarixi dövrdə milli ideya axtarışları sahəsində aparılan müzakirələr akademiyada ictimai və humanitar elmlərin inkişafına geniş meydan açıb.

İclasda müzakirələrin davam etdirilməsi qərara alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir VİDEO

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir VİDEO

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb VİDEO

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb VİDEO

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib