MƏDƏNİYYƏT
YENİ TERMİNOLOGİYA LÜĞƏTİ ÇAPDAN ÇIXMIŞDIR
“İnformatika, telekommunikasiya, radioelektronika üzrə ingiliscə-rusca-Azərbaycanca terminoloji lüğət” çapdan çıxmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, AMEA-nın Terminologiya Komissiyasının qərarı ilə çap olunan bu lüğət Rusiya və Ukraynadan sonra MDB məkanında işıq üzü görmüş 3-cü kitabdır. Burada 5 mindən artıq müasir terminin ingilis, rus və Azərbaycan dillərində ətraflı izahı və onların sinonimi verilmişdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan lüğətin müəllifləri respublikamızın hüdudlarından kənarda da tanınan akademiklər Əli Abbasov, Fikrət Əliyev, professorlar Rasim Əliquliyev və Əli Ələkbərovdur.