Yeniyetmə boksçularımız Tacikistanda beynəlxalq turnirdə dörd medal qazanıblar
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycanın yeniyetmə boksçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yığmamız 1 qızıl, 1 gümüş, 2 bürünc medal əldə edib.
Dörd ölkənin (Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan) ümumilikdə 155 idmançısının qatıldığı yarışda Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub. Əli Baxışov (50 kq) ikinci, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) üçüncü yeri tutublar. Komandaya məşqçilər Ayaz Baxşıyev və Zaur Məmmədov rəhbərlik ediblər.
Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.
Qeyd edək ki, Azərbaycan boksçuları Bakıya bu gün qayıdacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]