Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 12 fevral, AZƏRTAC
Kiçik yaşlı yeniyetmələr (U-15) arasında cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarış üç gün davam edib. Turnirdə paytaxt və bölgələrdən 24 komandanın tərkibində 328 cüdoçu mübarizə aparıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında Murad Əliyev (30 kq), Səxavət Hacıyev (34 kq), Tunar Bayramov (38 kq), Nicat Məmmədov (42 kq), Nahid İsmayılov (46 kq), Mətin Rzazadə (50 kq), Murad Əlizadə (55 kq), Məhəmməd Əhmədov (60 kq), İlkin Mirzəyev (66 kq) və Hüseyn Məmmədov (66 kq-dan yuxarı) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu olublar. Qızların yarışında isə Nigar Söhrabova (28 kq), Fəridə İsgəndərova (32 kq), Lətifə Abbasova (36 kq), Səbinə Əliyeva (40 kq), Rita Əliyeva (44 kq), Zeynəb Məmmədova (48 kq), Əsmər İskəndərova (52 kq), Sənubər Nəbiyeva (57 kq), Nərgiz Əliyeva (63 kq) və Nərmin Əmirli (63 kq-dan yuxarı) qızıl medala sahib olublar.
Komanda hesabında 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin kollektivi birinci olub. “TİM-Sumqayıt” ikinci, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası isə üçüncü yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]