YENİYETMƏ FUTBOLÇULRIMIZ BEYNƏLXALQ TURNİRİNMÜKAFATLARINA LAYİQ GÖRÜLMÜŞLƏR
Turnirdə ölkəmizi “Nicat” Peşəkar Futbol Klubunun yetirmələri təmsil etmişlər. 12 komandanın iki qrupda mübarizə apardığı yarışda futbolçularımız yalnız final görüşündə Zuqdidinin “Ruhi-XXI əsr” klubuna 3:2 hesabı ilə uduzaraq, ikinci yer tutmuşlar. Qeyd edək ki, futbolçularımız birinci hissədə 2:0 hesabı ilə irəli çıxsalar da, üstünlüyü qoruya bilməmişlər. Komandamızın heyətində qolları İmran Mirzəxanov və Kərim İmanov vurmuşlar. İmran Mirzəxanov və komandamızın qapıçısı İqor Seroşdan turnirin ən yaxşı oyunçuları seçilmişlər.
Xatırladaq ki, “Nicat” komandası bu yaxınlarda Türkiyədə keçirilmiş beynəlxalq turnirin də gümüş medallarına layiq görülmüşdür. Həmin yarışda fərqlənmiş 5 oyunçumuz isə “Tabzonspor”un uşaqlardan ibarət müxtəlif yaş qrupları üzrə komandalarında çıxış etmək üçün dəvət almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]