YENİYETMƏ ŞAHMATÇILARIMIZ RUSİYADA KEÇİRİLƏN TURNİRDƏ UĞURLA ÇIXIŞ ETMİŞLƏR
Yeniyetmə şahmatçılarımız Moskvada keçirilən birinci Ümumrusiya məktəb çempionları turnirində uğurla çıxış etmişlər. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Beynəlxalq Məktəb Şahmatı İttifaqının təşkil etdiyi yarışlara həmyerlilərimiz Nicat Abbasov və Riyad Sarıyev də dəvət olunmuşdular.
Ötən il 10 yaşlı oğlanlar arasında Azərbaycan çempionu olmuş Nicat Abbasov 9 görüşdə 7 xal toplayaraq, öz yaş qrupunda birinci yerə çıxmışdır. O, qızıl medal, Kubok və yarışların diplomu ilə mükafatlandırılmışdır.
Builki Azərbaycan çempionatının finalçısı Riyad Sarıyev isə son görüşdə moskvalı E.Markoryants üzərində inamlı qələbə qazanaraq, 12 yaşlılar arasında gümüş mükafatın sahibi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]