Yeniyetmə taekvondoçularımız dünya birinciliyində mübarizə aparacaq
Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyi start götürəcək.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, dörd gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərov mundialda 11 idmançıya şans verəcək. Dünya çempionu adı uğrunda İlknur Əlimov, İlyas Hətəmli, Novruz Əliyev, Əliheydər Quliyev, Səfər Əlizadə, Tamerlan Yaqubov, Leyla Kərimova, Humay Dadaşova, Şəms Əlizadə, Nilufər Borji və Fatimə Həsənova dayanq üzərinə çıxacaqlar.
Bu gün səfərə yollanan komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov rəhbərlik edəcək.
Qeyd edək ki, yığma sentyabrın 1-də Bakıya dönəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]