“Yevgeni Onegin” monotamaşası BMA-da təqdim olunacaq
Bakı, 31 iyul, AZƏRTAC
Oktyabrın 21-də Bakı Musiqi Akademiyasının (BMA) nəzdində Opera Studiyasında Rusiyanın Əməkdar artisti Aleksandr Dyujevin ifasında A.Puşkinin ən məşhur, parlaq əsəri təqdim olunacaq.
BMA-dan AZƏRTAC-a bildirilib ki, Dmitri Dyujev tərəfindən ifa olunacaq “Yevgeni Onegin” valehedici monotamaşadır.
Tamaşaçılar dünya ədəbiyyatının şah əsərini yeni tərzdə dəyərləndirmək imkanı əldə edəcəklər.
Səhnə əsərində görkəmli bəstəkar Sergey Prokofyevin bu tamaşa üçün xüsusi olaraq yazılmış musiqisi səsləndiriləcək. Tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti Antonina Kuznetsovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]