Yevlax Pilot Aqroparkda fərdi sahibkara və “Balxurma” MMC yə rezident statusu verilib
Bakı, 26 iyul, AZƏRTAC
Yevlax Pilot Aqroparkda fərdi sahibkar Məhərrəm Əsgərova və “Balxurma” MMC-yə rezident statusu verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, rezidentlər tərəfindən 61,1 hektar sahədə investisiya həcmi 640 min manat olan intensiv meyvə bağları salınacaq, 13 nəfər daimi, 112 nəfər isə mövsümi işlə təmin ediləcək.