Yığmanın baş məşqçisi: Olimpiya çempionu olmaq qürurverici hissdir
Bakı, 4 avqust, AZƏRTAC
“Olimpiya çempionu olmaq qürurverici hissdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
O, komanda ilə qürur duyduğunu bildirib: “Uşaqlarla fəxr edirəm. İndi bir az istirahət edəcəyik. Daha sonra növbəti Olimpiadaya hazırlaşacağıq. Hədəflərimiz böyükdür. Ümid edirəm ki, qarşıdakı mötəbər yarışda həm kişilərdən, həm də qadınlar ibarət komandalarımız uğurlu çıxış edəcəklər”.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycanın iki cüdoçusu - Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) qızıl medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]