YOL-NƏQLİYYAT HADİSƏLƏRİNDƏ ÜÇ NƏFƏR ÖLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 13-də saat 6.30 radələrində Gəncə şəhər sakini Mirzə Cumayev idarə etdiyi “Mercedes” markalı avtomaşını Kürdəmir rayonu ərazisində maneəyə vurmuşdur. Avtomaşında olan sərnişinlər Ələkbər Namazov və onun nəvəsi Xalid hadisə yerində ölmüşlər.
İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindəki qorunmayan keçiddə, Laçın rayon sakini Cümşüd Axundov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını teplovoza vurmuşdur. Nəticədə “VAZ-2106” markalı avtomaşının sərnişini, Beyləqan rayon sakini Məcid Əhmədov hadisə yerində həlak olmuşdur.
Hadisələrlə bağlı cinayət işi başlanmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]