Yunanıstanın kral ailəsinin yeganə üzvü vəfat edib
Bakı, 29 iyul, AZƏRTAC
Yunanıstan və Danimarka şahzadəsi, tarixçi və yazıçı Maykl 85 yaşında Afinada xəstəxanada vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Şahzadə 1939-cu il yanvarın 7-də anadan olub. O, yunan kralı I Georgenin sonuncu nəvəsi idi. Kral II Konstantinin 1967-ci ildə bir neçə ay hakimiyyəti ələ keçirmiş “qara polkovnikləri” devirmək üçün uğursuz cəhdindən sonra o, kral ailəsinin ölkəni tərk etməyən yeganə üzvü olub.
Şahzadə Mayklın atası, Yunanıstan və Danimarka şahzadəsi Kristofer (1888-1940) Kral I George və Kraliça Olqanın beşinci oğlu idi.
Agentlik yazır ki, Yunanıstan və Danimarka şahzadəsi 1970-ci ildən bəri onlarla əsər də nəşr edib. O, tarixi xarakterli mövzulara üstünlük verib, eyni zamanda, kral ailə üzvlərinin tərcümeyi-hallarını yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]