Zaltsburq şəhərində Xocalı qurbanlarına həsr olunmuş xatirə guşəsi yaradılıb
Bakı, 26 fevral, AZƏRTAC
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avstriyanın mədəniyyət paytaxtı olan Zaltsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı qurbanlarının əziz xatirəsinin yad edilməsi məqsədilə xatirə guşəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizovun sözlərinə görə, xalqımız bu günahsız qurbanların unudulmaması, haqq-ədalətin bərpa olunması yolunda durmadan fəaliyyət göstərir, səsimizi bütün dünyaya çatdırmaq, belə faciələrin təkrar olunmasına yol verməmək uğrunda mübarizə aparır.
“Xocalı soyqırımı bizim qan yaddaşımızdır. Ancaq bu, bir millətin, bir xalqın faciəsi deyil. Aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi olan Xocalı soyqırımı ötən əsrin ən böyük faciəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır”, - deyə cəmiyyət sədri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.01.2026 [23:20]
Latviyada “20 Yanvar” nəşrinin təqdimatı olub
- 26.01.2026 [19:20]
Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb
- 24.01.2026 [14:00]
Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi silsilə tədbirlərlə anılıb
- 24.01.2026 [00:15]
20 Yanvar şəhidinin xatirəsi Marneulidə anılıb
- 23.01.2026 [23:22]
Qaraçöpdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
- 23.01.2026 [16:55]
Livanın türkman gəncləri 20 Yanvar faciəsi barədə məlumatlandırılıb
- 22.01.2026 [01:44]
Kaliforniyada 20 Yanvarın ildönümü anılıb VİDEO
- 21.01.2026 [20:05]