Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaman ötdükcə dünya dövlətləri Azərbaycanla əməkdaşlığa daha çox önəm verirlər

Zaman ötdükcə dünya dövlətləri Azərbaycanla əməkdaşlığa daha çox önəm verirlər

Bakı, 19 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışı istər cəmiyyətə hesabatlılıq nöqteyi-nəzərindən, istərsə də region dövlətlərinə və beynəlxalq münasibətlərin aparıcı subyektlərinə mesaj baxımından xüsusi əhəmiyyət daşıyır. Coğrafi ölçülərindən asılı olmayaraq, istənilən ölkənin xarici siyasəti onun daxili siyasətinin məntiqi davamı hesab olunur. Xarici siyasətdə yalnız o zaman uğurlar qazanılır və onlar o zaman dayanıqlı olur ki, ölkədaxili siyasətdə, ilk növbədə, iqtisadi sahədə əhəmiyyətli nailiyyətlərə imza atılır. Reallıq belədir ki, iqtisadi cəhətdən zəif olan dövlətlərə beynəlxalq maraq da adekvat olur. O da həqiqətdir ki, az inkişaf etmiş ölkələr aparıcı dövlətlərdən nə qədər ədalət umsalar da, beynəlxalq münasibətlərdə geosiyasi və geoiqtisadi maraqlar əksər hallarda önə çıxır. Dünya nizamına təsir uğrunda rəqabət aparan böyük dövlətlər üçün iqtisadi və siyasi müstəqilliyini qoruya bilən, ciddi iqtisadi potensiala malik olan Azərbaycan kimi ölkələr əməkdaşlıq baxımından daha çox cəlbedici görünür. Çünki əsas beynəlxalq oyunçular qlobal siyasətdə populist ritorikanı deyil, real faktları və öz maraqlarını əsas götürürlər. Onlar yaxşı bilirlər ki, müharibə istənilən ölkənin həyatı üçün ağır sınaq deməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat bildirib ki, inkişaf səviyyəsindən asılı olmayaraq, müharibədən keçən istənilən dövlətin iqtisadi, sosial həyatında və demoqrafik vəziyyətində əlavə fəsadlar, əvvəlcədən proqnozlaşdırılmamış çətinliklər qaçılmaz olur. Son 30 ildə ölkəmiz iki müharibəni yaşamaq məcburiyyətində qalıb. Bu illər ərzində dövlətimiz milyona yaxın qaçqın və məcburi köçkün soydaşımızın sosial problemlərini, onların normal həyata qayıdışını təkbaşına, əsasən daxili imkanları hesabına həll etməli olub. 30 il boyunca faktiki müharibə vəziyyətində yaşayan və ərazisinin 20 faizi işğala məruz qalan Azərbaycan məcbur olub ki, ordu quruculuğuna, onun hərbi-texniki təchizatına xüsusi diqqət ayırsın və iqtisadi resurslarının əhəmiyyətli hissəsini məhz bu sahəyə yönəltsin. Üstəlik, son üç ildə COVID-19 pandemiyası bütövlükdə dünya iqtisadiyyatına, əksər ölkələrin əhalisinin sosial rifahına ağır zərbələr vurub. Rusiya-Ukrayna müharibəsi fonunda hətta aparıcı dövlətlərin enerji və ərzaq təhlükəsizliyi məsələləri də ciddi sual altına düşüb. Ən inkişaf etmiş dövlətlər belə, ərzaq qıtlığının doğura biləcəyi təhlükənin miqyasını hesablamaqda çətinlik çəkir. Baxmayaraq ki, onların böyük əksəriyyəti İkinci Dünya müharibəsindən sonra Azərbaycandan fərqli olaraq öz ərazilərində nə müharibə görməyiblər, nə də qaçqın-məcburi köçkün problemi ilə üzləşməyiblər. Təkcə bu amillərin yaratdığı çətinlikləri və onların ziyanlı fəsadlarının minimuma endirilməsinə yönələn səyləri nəzərə alsaq, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi rəqəmlər, ölkəmizin üzləşdiyi mürəkkəb problemlərə baxmayaraq, həqiqətən də əhəmiyyətli uğurlara nail olduğuna dəlalət edir. Dövlətimizin başçısı tərəfindən səsləndirilən statistik məlumatlardan bir qismi bunlardan ibarət oldu: “İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb... İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq”.

Dünya iqtisadiyyatını ağır sınağa məruz qoyan qlobal proseslərin ölkəmizdən yan keçəcəyini gözləmək, həqiqətən, sadəlövhlük olardı. Məhz buna görə dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, dünyanın kapital bazarları kimi, bir çox suveren fondları da böyük itkilərə məruz qalıb. Bu cür qlobal təhlükələrə baxmayaraq, ölkəmizin ixracatla bağlı inkişaf göstəriciləri xüsusi diqqət çəkir. Prezident İlham Əliyev həmin sahə ilə bağlı bunları qeyd etdi: “Bizim xarici ticarətimiz də böyük dərəcədə artıb-haradasa 70 faizdən çox. İxracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər”.

İstənilən ölkənin iqtisadi dayanıqlığının və iqtisadi potensialından səmərəli istifadəsinin göstəricilərindən biri xarici borcların həcmi və onların qaytarılması prosesi ilə bağlıdır. Bu sahədəki vəziyyət həmişə tərəfdaşların və beynəlxalq maliyyə institutlarının xüsusi diqqət mərkəzində olur. Elə buna görə də dövlətimizin başçısı çıxışında bu sahədə əldə olunan nailiyyətlərə xüsusi diqqət yetirdi: “Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir... Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir”.

İqtisadi müstəqilliyimizin dayanıqlığına dəlalət edən bu uğurların arxasında təkcə ölkəmizin resursları və onlardan səmərəli istifadə amili dayanmır. Bu göstəricilər, ilk növbədə, Azərbaycan Prezidentinin qətiyyətli siyasi iradəsinin nəticəsidir. O ali iradənin ki, hədəfində öz vətəndaşının sosial rifah halının daha da yaxşılaşdırılması, beynəlxalq münasibətlərdə isə etibarlı tərəfdaş nüfuzunun qorunması dayanır.

Obyektiv çətinliklərə və üzləşdiyimiz maneələrə baxmayaraq, iqtisadi müstəqilliyimizin möhkəmləndirilməsinə yönələn daxili siyasət xarici siyasətdə əldə olunan uğurları da şərtləndirir. Prezident İlham Əliyevin müşavirədəki çıxışı bir daha göstərdi ki, ölkəmiz seçdiyi yola sadiqdir, hər zaman olduğu kimi, xarici siyasətində də beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə söykənir, bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı şəkildə faydalı və etibarlı əməkdaşlıqda maraqlıdır. Əsas beynəlxalq oyunçular və əksər dünya dövlətləri Azərbaycan iqtidarının dəyişməz siyasi iradəsinə əmin olduqları üçün, zaman ötdükcə ölkəmizlə əməkdaşlığa daha çox önəm verirlər. Sözsüz ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə bölgədə yaratdığı yeni reallıq da, zaman keçdikcə, dünya gücləri tərəfindən daha çox nəzərə alınır. Ölkəmizin 120 dövləti bir araya gətirən Qoşulmama Hərəkatındakı liderliyi bunun əyani sübutudur.

Prezident İlham Əliyev çıxışında onu da xüsusi vurğuladı ki, ölkəmiz Qoşulmama Hərəkatı ilə yanaşı, digər mötəbər beynəlxalq təsisatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır. Prezidentin çıxışının xarici siyasət sahəsi ilə bağlı olan hissəsi bir daha təsdiq etdi ki, Azərbaycan hakimiyyəti populizmdən uzaq olan və yalnız ümummilli maraqlarımıza xidmət edən praqmatik siyasət seçiminə sadiqdir. Dövlətimizin başçısı onu da vurğuladı ki, Azərbaycan region ölkələri ilə yanaşı, dünyanın digər aparıcı dövlətləri ilə də bərabərhüquqlu əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Prezident İlham Əliyev bu sırada Amerika Birləşmiş Ştatları ilə dövlətlərarası münasibətləri xüsusi qeyd edərək belə dedi: “Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb”.

Dövlətimizin başçısı budəfəki çıxışında da Ermənistan rəhbərliyini və oradakı revanşist qüvvələri kənardan yönəldənləri mesajsız buraxmadı. Bunlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan hələ də çıxarılmaması ilə bağlıdır. Prezidentimiz Ermənistanın siyasi-hərbi rəhbərliyini növbəti dəfə xəbərdar etdi: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”. Prezident İlham Əliyev bu məsələ ilə bağlı şimal qonşumuza da mesaj göndərdi: “Rusiya sülhməramlıları- Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb-necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir”. Prezidentin həssas diplomatik üslubda ifadə etdiyi bu mesajı, xüsusilə, tərəfsizliyi ilə seçilməli olan vasitəçiyə məhz davranışına görə tərəf deyilməsi, sözsüz ki, diqqət çəkir və eyni zamanda, vasitəçi ölkəni öhdəliyinə daha diqqətli yanaşmağa dəvət edir.

Prezident İlham Əliyevin ikinci xəbərdarlığı isə Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan rəhbərliyinin ənənəvi olaraq tutduğu qeyri-konstruktiv mövqeyi ilə bağlı oldu: “Ona görə biz haqqımızı tələb edirik. Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır”. Dövlətimizin başçısı Ermənistanın Minsk qrupu ilə bağlı xam xəyallarına və erməniləri bu sevda ilə yaşadanlara da növbəti dəfə cavab verdi: “Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir-öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir”.

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə bağlı verdiyi bu mesaj da bölgəmizə aşırı maraq göstərən dövlətlərin diqqətindən yayınmadı: “Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd-enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”. Prezidentin bu məlumatından cəmi üç gün sonra, iyulun 18-də “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı xüsusi rolunu təcəssüm etdirən bu mühüm sənədin imzalanmasından dərhal sonra Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatında bu fikri xüsusi vurğuladı: “Prezident İlham Əliyev, ümumiyyətlə, Avropa İttifaqı Sizin regionla sıx bağlıdır. Biz tərəfdaşlığımıza dəyər veririk və bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək. Bir daha bizi burada qəbul etdiyinizə və birgə Anlaşma Memorandumunun imzalanmasına görə təşəkkür edirəm”.

Avropa İttifaqı ilə imzalanan Anlaşma Memorandumu ölkəmizin geosiyasi və geoiqtisadi proseslərdə yer aldığı və günü-gündən artmaqda olan nüfuzlu mövqeyindən xəbər verir. Bu tarixi sənəd, həmçinin Azərbaycanın sivil dünya ilə eyni bəşəri dəyərləri bölüşdüyünün və hər zaman olduğu kimi, fundamental beynəlxalq prinsiplərin və ədalətin tərəfində olduğunun göstəricisidir. Dövlətimizin başçısı məhz bu səbəblərdən mətbuata verdiyi bəyanatında Avropa İttifaqı ilə münasibətlərin qarşılıqlı əhəmiyyətini bu cür ifadə etdi: “Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq”. Uğurlu daxili siyasət, ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər, həqiqətən, iqtisadi müstəqilliyi təmin etdiyi qədər, xarici siyasət sahəsində də siyasi müstəqilliyin qorunmasına xidmət edir, xarici siyasətdəki uğurlara təkan verir. O da danılmaz həqiqətdir ki, Azərbaycan Prezidentinin beynəlxalq arenada ortaya qoyduğu qətiyyətli siyasi iradə ölkəmizin etibarlı tərəfdaş imicinin formalaşmasına xidmət göstərdiyi kimi ölkədaxili uğurlara da zəmin yaradır və Azərbaycan ətrafında təhlükəsizlik zolağının güclənməsinə töhfə verir. Prezident İlham Əliyev məhz bütün bu amillərə görə, cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə bu fikri xüsusi qeyd etdi: “Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO