Zambiyada fil 80 yaşlı amerikalı turisti öldürüb
Bakı, 4 aprel, AZƏRTAC
Amerikalı turist qadın Zambiyada avtomobilə hücum edən “aqressiv” fil tərəfindən öldürülüb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, hadisə ölkənin qərbindəki “Kafue” Milli Parkında baş verib. Adı açıqlanmayan 80 yaşlı qadın aldığı xəsarətlərdən həyatını itirib.
İnsident zamanı avtomobildə olan digər dörd turist isə yüngül xəsarətlər alıb. Polis və Milli Parklar Departamenti hadisə ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, bir müddət öncə Zambiyanın qonşuları Zimbabve və Botsvana ölkələrində fillərin sayının artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Zimbabvedə də son illər ölümcül fil hücumlarının sayında artım müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:25]
Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]