Zaqatala meşəçiləri payız əkininə başlamışlar
Zaqatala, 24 noyabr (AZƏRTAC). Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi payız meşə əkini kampaniyasına başlamışdır.
Müəssisədən AZƏRTAC-a bildirmişlər ki, 2012-ci ildə rayonda dövlət meşə fonduna aid 110 hektar sahədə yeni meşəliklərin salınması planlaşdırılmışdır. Bu məqsədlə müəssisənin 3 hektar tinglik sahəsində 353 mindən artıq ağac şitili yetişdirilmişdir.
Yaz əkini dövründə rayonda 42 hektar sahədə yeni meşəliklər salınmışdır. Payız əkini dövründə isə 58 hektar sahəyə ting basdırılması planlaşdırılır. İndiyədək 6 hektar sahəyə qoz, şabalıd, akasiya, qovaq, palıd və digər növ ağac tingləri əkilmişdir.
Bundan əlavə, qış mövsümünün gəlişi ilə əlaqədar idarə, müəssisə və təşkilatların, habelə vətəndaşların odun yanacağına olan tələbatını ödəmək məqsədilə müəssisə tərəfindən kök üstə qurumuş ağacların və tör-töküntünün hesabına 4.100 kubmetr odun ayrılmışdır. İndiyədək 3.830 kubmetr odun daşınmışdır. Hazırda rayon ərazisində dövlət fonduna aid 54 min 103 hektar meşə sahəsi vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]