ZAQATALA RAYON İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ ŞURA İCLASLARI KEÇİRİLMİŞDİR
Bildirilmişdir ki, əlaqədar orqanlar əhali arasında sağlam həyat tərzinin, yüksək sanitariya mədəniyyətinin yaranmasına yönəldilmiş gigiyena təlim-tərbiyə işini günün tələbləri səviyyəsində qurmalı, istehsal prosesində sanitariya norma və qaydalarına əməl edilməsinə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına xüsusi diqqət yetirməlidirlər.
Eyni zamanda, satış bazarları və yarmarkalarda sanitar-gigiyena qaydalarına əməl olunmasına, su anbarlarının təmizlənməsi və dezinfeksiya edilməsinə, habelə məişət tullantılarının vaxtında daşınmasına nəzarət daha da gücləndirilməlidir.
Növbəti şura iclasında isə sərhəd zolağında istehsal fəaliyyəti ilə məşğul olan vətəndaşların dəqiq siyahılarının tərtib edilməsi, sərhəd zastavaları ilə əlaqələrin daha da möhkəmləndirilməsi, əhalinin maarifləndirilməsi məqsədi ilə sərhədçilərlə görüşlərin təşkili, habelə əlaqədar orqanlar tərəfindən Alazan çayı vadisində tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi işinin davamı və digər məsələlər əsas müzakirə mövzusu olmuşdur.