ZAQATALA TƏCRÜBƏ STANSİYASINDA YENİ TÜTÜN SORTLARI YARADILIR
Stansiyanın tütünçülük şöbəsinin müdiri Əminət Əliyevanın verdiyi məlumata görə, hazırda burada yüksək keyfiyyətli, məhsuldar, ətirli “Zaqatala dübeki” və yarımətirli “Trapezond-1” yeni tütün sortlarının əkini, toxumçuluğun təşkili, müasir aqrotexniki qaydaların və texnologiyanın tətbiqi istiqamətində elmi-tədqiqat işləri davam etdirilir. Stansiyanın təcrübə sahələrində “Dübek”, “Trapezond” və “Samsun” ətirli və yarımətirli tütün sortlarının bir neçə növü sınaqdan keçirilərək, yeni sortların bioloji və təsərrüfat xüsusiyyətləri, məhsuldarlığı, xəstəliklərə və zərərvericilərə davamlılığı, bitkinin boyu, yarpaqların miqdarı, quraqlığa davamlılıq göstəriciləri öyrənilmiş və təhlil edilmişdir. Nəticələrin uğurlu olduğunu nəzərə alaraq, yarımətirli “Trapezond-1” tütün sortu növbəti sınaqdan keçirilmək üçün Dövlət Sort Sınaq Komissiyasına təqdim olunmuşdur. Tezliklə ətirli “Zaqatala dübeki” sortu da komissiyaya təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]