Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatala tütünçüləri “Kənd təsərrüfatı ili”ni yüksək nailiyyətlərlə başa vurmaq əzmindədirlər

Zaqatala, 28 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Tütünçülük Zaqatala rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Hələ Sovet hakimiyyəti illərində Azərbaycanda istehsal olunan tütünün böyük hissəsi Zaqatalanın, eləcə də bu bölgədə yerləşən digər rayonların payına düşürdü. Müstəqilliyinin ilk illərində Azərbaycanda yeni iqtisadi sistemə keçidlə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrindən hesab olunan tütünçülüyün inkişafında müəyyən çətinliklər yaransa da, sonrakı illərdə dövlətimiz tərəfindən aparılan davamlı və sistemli iqtisadi islahatlar nəticəsində bu problemlər tədricən aradan qaldırıldı.

Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq olunan və Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilən Dövlət proqramlarında kənd təsərrüfatının digər ənənəvi sahələri kimi, tütünçülüyün inkişafı da prioritet vəzifə olaraq qarşıya qoyulub.

Son illər Zaqatala rayonunda da bu sahənin inkişafı ilə bağlı davamlı tədbirlər həyata keçirilir.

“İnter-Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Zaqatala tütün istehsalı və emalı məntəqəsinin müdiri Mohuma Hüşənov AZƏRTAC-a eksklüziv müsahibəsində rayonda tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

-Tütünçülüyün inkişafı Zaqatala rayonu üçün prioritet istiqamətlərdən biri hesab olunur. Son illərdə bu sahədə hansı işlər görülüb?

-Məlumat üçün bildirim ki, respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “İnter-Tobacco” MMC Zaqatala, Qax, Şəki və Balakən rayonlarında 2007-ci ildən fəaliyyət göstərir. Həmin ildən etibarən MMC tərəfindən bu rayonlarda “Virciniya” növlü ətirli tütünün yetişdirilməsinə başlanılıb. Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən tütün istehsalı və emalı məntəqəsi 2008-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. Müəssisədə Bolqarıstanın “Ronis” şirkətinin istehsalı olan 60 ədəd tütünqurutma kamerası quraşdırılıb. Bu kameraların üstün cəhəti odur ki, yaş tütün sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Yəni, tütün istehsalçıları artıq yaş tütünün ipə düzülməsi kimi çətin, əziyyətli və çox vaxt aparan bir işdən azad olublar. Hər kamera bir dəfəyə 8 ton yaşıl tütün qəbul edə bilir. Tütünün qurudulması prosesi 6-7 gün çəkir. Bu proses başa çatdıqdan sonra quru tütün emal müəssisəsinə göndərilir.

-Tütün şitilləri harada və necə yetişdirilir?

-Tütün şitilinin yetişdirilməsi üçün məntəqədə Amerika Birləşmiş Ştatlarının istehsalı olan 4 istixana quraşdırılıb. İstixanalarının hər birində 880 minə yaxın tütün şitili yetişdirmək mümkündür. Hər istixana 50 hektar sahəni tütün şitili ilə təmin edir. Bundan əlavə, Zaqatala məntəqəsinin ərazisində 3, Qax rayonu ərazisində isə 6 ədəd ölkəmizdə istehsal olunan yerli istixanalar quraşdırılıb. Tütün şitilinin yetişdirilməsi üçün köhnə üsullu sadə istixanalardan da geniş istifadə olunur. Bu məqsədlə Zaqatala rayonunun ərazisində 238, Qax ərazisində isə 221 belə istixana hazırlanıb.

İstixanalarda yetişdirilən tütün şitili fermerlərə pulsuz verilir. Tütün şitilinin sahələrə, fermerlərə çatdırılması MMC-nin nəqliyyat vasitələri tərəfindən həyata keçirilir. Qeyd edim ki, hazırda məntəqədə ABŞ istehsalı olan kifayət qədər müxtəlif təyinatlı texnika, o cümlədən yük maşını, traktor, şitilbasdıran aqreqat və tütünyığan kombaynlar vardır. Fermerlərin əsas vəzifəsi tütün şitilinin sahələrdə əkilməsini, becərilməsini və yetişdirilərək məntəqəyə təhvil verilməsini təmin etməkdir. Dərilmiş yaş tütünün sahələrdən daşınması da şirkət tərəfindən həyata keçirilir.

-Deyə bilərsinizmi, qurudulmuş tütün emal üçün hansı müəssisələrə göndərilir?

-Tütünün emalı üçün uzağa getməyə ehtiyac yoxdur. 2010-cu ildə “İnter-Tobacco” MMC tərəfindən Zaqatala rayonunun ərazisində illik istehsal gücü 3,3 min ton olan tütün emalı zavodu istifadəyə verilib. Açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi bu zavod ölkəmizdə müasir tütün sənayesinin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Zavoda gətirilən quru tütünün yarpaqları burada yenidən nəmləndirilir, didilir, qurudulur və zoğlardan təmizləndikdən sonra uzunmüddətli saxlama imkanına malik xammal hazırlanır. Karton yeşiklərə qablaşdırılan xammal daha sonra satış üçün daxili bazara və Rusiya Federasiyasının istehsal müəssisələrinə göndərilir.

-Rayonda tütünçülüyün inkişaf etdirilməsi yəqin ki, əhalinin məşğulluğunun təmin edilməsinə də öz təsirini göstərir...

-Şübhəsiz. Hazırda Zaqatala tütün istehsalı və emalı məntəqəsində 150, tütün emalı zavodunda isə 70 nəfər daimi işçi çalışır. Mövsüm zamanı işçilərin sayı bir neçə dəfə artır. Hazırda bu rayonlarda yüzlərlə fermer ailəsinin dolanışığı birbaşa tütünçülük sahəsi ilə bağlıdır. 2014-cü ildə fermerlərə yetişdirib təhvil verdikləri əla növ yaş tütünün hər kiloqramı üçün 18, birinci növ üçün 14, ikinci növ üçün isə 7 qəpik ödənilib. Müəssisədə çalışan daimi işçilərin əmək haqqı isə 200 manatdan 500 manat arasındadır.

-Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilib. Bu ili uğurla başa vurmaq üçün səylərinizi hansı istiqamətlərə yönəltməyi planlaşdırırsınız?

-Təbii ki, “Kənd təsərrüfatı ili”nə biz də öz töhfəmizi verməyi düşünürük. İstəyirik ki, bu il tütün əkini sahələrini 300-350 hektar genişləndirərək 1100 hektara çatdıraq. Əkin sahələrinin 350 hektarında MMC-nin özü tərəfindən, 650-700 hektar sahədə isə fermerlərlə bağlanmış müqavilə əsasında tütün yetişdiriləcəkdir. Əkin sahələrinin genişləndirilməsi isə, öz növbəsində, bu sahə ilə məşğul olanların sayının artmasına gətirib çıxaracaqdır.

Qeyd edək ki, “İnter-Tobacco” MMC-nin Aşağı Tala kəndində yerləşən yerüstü istixana təsərrüfatında hazırda tütün şitillərinin yetişdirilməsi üçün hazırlıq işləri görülür. Tütün istehsalı və emalı məntəqəsinin iqtisadçısı Möhiddin Yekibaşovun bildirdiyinə görə, burada tütün şitilinin yetişdirilməsi üçün hər birinin 15 kvadratmetr sahəsi olan 238 ədəd istixana hazırlanıb. Fevralın 5-də istixanalara toxum səpiləcək və üstü polietilenlə örtüləcək. Aprelin əvvəllərində artıq bu istixanalarda uzunluğu 12-18 santimetr olan şitillər yetişəcəkdir. Daha sonra bu şitillər sahələrə əkilmək üçün fermerlərə çatdırılacaqdır.

Şübhə etmirik ki, Zaqatala tütünçüləri “Kənd təsərrüfatı ili”ni uğurla başa vurmaq üçün cari ildə səylərini əsirgəməyəcək, rayon iqtisadiyyatının daha da güclənməsinə öz töhfələrini verəcəklər.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib