ZAQATALADA ANMA MƏRASİMİ KEÇİRİLİB
Dekabrın 12-də Zaqatala şəhərində ulu öndərimizin adını daşıyan mədəniyyət və istirahət parkında görkəmli siyasi xadim, xalqımızın böyük oğlu Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ümumrayon anma mərasimi keçirilmişdir. Parka toplaşan minlərlə zaqatalalı ümummilli liderimizin bir neçə gün öncə burada ucaldılmış əzəmətli heykəli önünə tər çiçəklər düzərək dövlətimizin qurucusu və memarı Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramlarını bir daha nümayiş etdirmiş, onun müqəddəs ruhu qarşısında baş əymişlər. Həmin gün şəhərin ayrı-ayrı məhəllələrində və kəndlərdə ehsanlar verilmiş, xalqımızın xilaskarının ruhuna dualar oxunmuşdur.