ZAQATALADA BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏHAZIRLIQ BAŞA ÇATMIŞDIR
110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, seçkilərdə dairə üzrə 6 bələdiyyəyə 6 yeni üzv seçiləcəkdir. İddiaçıların sayı isə 19 nəfərdir. Dairə üzrə seçkilərin keçiriləcəyi 11 məntəqədə seçicilərin ümumi sayı 10 min 692 nəfərdir.
Bu dəfəki bələdiyyə seçkilərində səsvermə günü seçki məntəqələrində seçicilərin barmaqları mürəkkəblə işarələnəcəkdir. Bu məqsədlə məntəqə seçki komissiyalarının hər birinə 2 ədəd lampa və 3 ədəd mürəkkəb balonu verilmişdir.
111 saylı Zaqatala-Balakən seçki dairəsində isə Balakən rayonunun Hənifə kənd bələdiyyəsinə təkrar seçkilər keçiriləcəkdir. Seçki günü bu bələdiyyə üzrə 11 yer uğrunda 21 namizəd mübarizə aparacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]