ZAVOD YENİDƏN İŞƏ SALINDI
Oğuz rayonunda uzun illər istifadəsiz qaldığına görə yararsız hala düşmüş asfalt zavodu yenidən işə salınmışdır. Bu, müəssisə yol idarəsindən alınıb rayon kommunal təsərrüfatı birliyinin balansına keçirildikdən sonra mümkün olmuşdur.
Rayon kommunal təsərrüfatı birliyindən AZƏRTAC-ın bölgə müxbirinə demişlər ki, yerli mütəxəssislərin gücü ilə tamamilə yenidən qurulan zavodda hər gün 10-15 ton keyfiyyətli asfalt hazırlanır. Müəssisə xammal sarıdan da korluq çəkmir. Daşağıl çayının yatağındakı bol və təmiz qum ehtiyatı zavod üçün daimi xammal mənbəyidir. Gələn ildən zavod qonşu rayonların da sifarişini yerinə yetirəcəkdir.