“Zəfər” düşərgəsinə start verilib
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı keçirilən "Zəfər" düşərgəsinə start verilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, düşərgədə iştirak edən 74 şəhid övladı bu gün Qubaya yola düşüb. Quba STEAM Mərkəzində baş tutacaq düşərgə iyulun 31-dək davam edəcək. Düşərgə iştirakçıları bu müddət ərzində birgə öyrənib paylaşaraq maraqlı, intellektual və əyləncə dolu zaman keçirəcəklər.