Zəfər Günü ABŞ-da geniş qeyd olunacaq
Bakı, 4 noyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Amerika Birləşmiş Ştatlarına səfəri başlayır.
Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı Komitə sədri ABŞ-ın 4 ştatının 5 şəhərində Azərbaycan icmasının nümayəndələri ilə görüşəcək, dünyanın müxtəlif ölkələrində olduğu kimi, Birləşmiş Ştatlarda da keçiriləcək Zəfər Günü tədbirlərinə qatılacaq.
Bundan başqa, səfər çərçivəsində ölkəmizə dost münasibəti bəsləyən və dəstək olan digər icmaların nümayəndələri ilə də görüşlər planlaşdırılıb.
Səfər proqramında bir sıra rəsmi görüşlər də nəzərdə tutulub.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü ilə bağlı dünya ölkələri üzrə Azərbaycan diasporunun 150-yə yaxın tədbiri keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]