“Zəfər yürüşü”nün qalibi: Yarışda birinci yeri tutduğum üçün qürur duyuram
Bakı, 22 oktyabr, AZƏRTAC
Üzgüçülük yarışı çətin oldu. Çünki su soyuq idi. Buna baxmayaraq bütün qüvvəmi topladım və sonda birinci yeri tutdum. Yarışın qalibi olduğum üçün qürur duyuram.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Zəngilanda keçirilən “Zəfər yürüşü”nün triatlon yarışının qalibi Toğrul Məmmədli söyləyib.
Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin təşkilinin mühüm əhəmiyyət daşıdığını vurğulayan idmançı deyib: “Yarışa ciddi hazırlaşmışdım. Mütləq qalib gəlmək istəyirdim. Çünki bu turnir bizim üçün mühüm əhəmiyyət daşıyır. Düşmən işğalından azad edilmiş doğma Zəngilanımızda belə bir yarışda iştirak etmək hər birimiz üçün böyük fəxrdir”.
Qeyd edək ki, "Zəfər yürüşü" turnirinin triatlon yarışında idmançılar 300 metr məsafəyə üzgüçülük, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış mərhələlərində mübarizə aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:00]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]