Zelenski: Tramp prezident seçilərsə, onunla işləmək çətin olacaq
London, 19 iyul, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski əgər Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib.
AZƏRTAC xəbər verir ki, iyulun 18-də Oksfordda keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün Britaniyada səfərdə olan V.Zelenski BBC telekanalına müsahibə verib.
O, Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib. Prezident qeyd edib ki, ancaq o, zəhmətkeşdir və ABŞ-da hakimiyyətdə olan hər kəslə işləməyə hazırdır.
Volodimir Zelenski müsahibəsində Ukrayna-Britaniya münasibətlərinə də toxunub. Kir Starmerin baş nazirlik müddətinin Britaniyanın xarici siyasətində xüsusi bir dövrə damğa vuracağına ümid etdiyini bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]