Zəlzələ bölgəsində qəzalı vəziyyətə düşmüş evlərin sökülməsinə başlanılmışdır
Zaqatala, 18 may (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin Zaqatala şəhərində yaradılmış operativ qərargahından AZƏRTAC-a bildirmişlər ki, ilkin olaraq işçi qrupları tərəfindən tam qəzalı vəziyyətə düşdüyü müəyyən edilən evlərin sökülməsinə başlanmışdır. Söküntü işləri podratçı tikinti təşkilatları tərəfindən həyata keçirilir. Artıq zəlzələ bölgəsində 8 tikinti təşkilatının bazaları fəaliyyət göstərir.
Belə bazalardan biri də “Gilan-İnşaat” MMC tərəfindən Gözbarax kəndində yaradılmışdır. Bazanın nümayəndəsi Elxan Məmmədov AZƏRTAC-a bildirmişdir ki, hazırda bazaya Bakı şəhərindən lazımi tikinti materialları - sement, mişar daşı, taxta və sair daşınır. Mühəndis və fəhlələrin qalması üçün bazada yardımçı tikililər də inşa olunur. Göstəriş verilən kimi evlərin tikintisinə başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]