Zəlzələ nəticəsində 177 sosial obyektə ziyan dəymişdir
Zaqatala, 16 may (AZƏRTAC). Mayın 7-dən davam edən yeraltı təkanlar nəticəsində zəlzələ bölgəsində fərdi yaşayış evləri ilə yanaşı, 177 sosial obyektə də ziyan dəymişdir.
Fövqəladə Hallar Nazirliyinin Zaqatala şəhərində yaradılmış operativ qərargahından AZƏRTAC-a bildirmişlər ki, işçi qrupları tərəfindən yerlərdə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, zəlzələ bölgəsinə daxil olan Zaqatala, Qax və Balakən rayonlarında yeraltı təkanlar nəticəsində ümumilikdə 74 məktəb binası, 48 uşaq bağçası, 2 lisey, 40 inzibati bina, 9 tibb məntəqəsi, habelə 4 məscid qəzalı vəziyyətə düşmüşdür.
Dövlətimizin başçısının zəlzələ bölgəsində olarkən verdiyi tapşırığa uyğun olaraq, bu obyektlərdə bərpa və gücləndirmə işləri aparılacaq, tam uçmuş binaların yerində isə yeniləri tikiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]