ZEMFİRA MEFTAHƏDDİNOVA OLİMPİADAYA LİSENZİYANI ÇİNDƏ QAZANMAĞA ÇALIŞACAQ
AZƏRTAC xəbər verir ki, Çinin Ginqyuan şəhərində stend atıcılığı üzrə dünya kubokunun mərhələ yarışı keçirilir. Turnirdə ölkəmizi Sidney Olimpiadasının qalibi Zemfira Meftahəddinova qadınlar, Emin Cəfərov isə kişilər arasında təmsil edir. Yarış aprelin 11-dək davam edəcəkdir. Z.Meftahəddinova aprelin 9-da, Emin Cəfərov isə 10-da çıxış edəcəklər. Bu turnirin qalibləri Pekin olimpiadasına lisenziya qazanacaqlar.
Qeyd edək ki, Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (İSSF) stend atıcılarının aprel ayına olan reytinq cədvəlində Zemfira Meftahəddinova 9-cu pillədəki yerini qorumuşdur. Onun hesabında 470 xal vardır. Burada lider 1073 xalla çinli Ninq Veydir. Kişilər arasında bu növdə çıxış edən Emin Cəfərov isə 11 xalla 50-ci yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]