Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngəzur və Qərbi Azərbaycan folkloru yeni elmi yanaşmalar müstəvisində

Zəngəzur və Qərbi Azərbaycan folkloru yeni elmi yanaşmalar müstəvisində

Bakı, 22 avqust, AZƏRTAC

AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Zəngəzur folkloru: poetik sözdən sosial mənaya” elmi araşdırmalar kitabı işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitaba Zəngəzur, Qərbi Azərbaycan, o cümlədən Qarabağ folklor mühitlərinə məxsus olan folklor nümunələrinin sosial, tarixi və etnoqrafik kontekstdəki təbiəti, semantikası, psixoloji və funksional xüsusiyyətlərinin tədqiq olunduğu araşdırma yazıları daxil edilib. Tədqiqatçı alimlərin gərgin zəhməti sayəsində bölgənin folklor xəzinəsinə yeni baxışların əks olunduğu elmi məqalələr toplusunun müasir folklorşünaslıq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq yerinə düşər. Ayrı-ayrı müəlliflərin folklorun müxtəlif janr və problemlərini əhatə edən araşdırmalarında etnoqonik mətnlərin təbiəti, kosmoqoniya və yaradılışın psixosemantikası, insest yasağı, gülüşün metaforik-simvolik mahiyyəti, dini mərasimlər və s. kimi məsələlər təhlil edilib.

Kitabda filologiya elmləri doktoru Hikmət Quliyevin “Müdrik Qoca arxetipi və kosmoqoniya: folklorda yaradılışın psixosemantikası (Qarabağ və Zəngəzur folklor nümunələri əsasında)”, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərin “Türküstandan Zəngəzura Türk xalqlarının epik yaradıcılığında günah sevgi və əbədi ayrılıq motivi”, filologiya elmləri doktoru Sərxan Xavərinin “Zəngəzur folklorunda etnoqrafik mətnlərin funksional analizi”, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanovanın “Qərbi Azərbaycan və Qarabağ folkloruna bir nəzər”, filologiya elmləri doktoru Səfa Qarayevin “Sosial-psixoloji stereotiplər kontekstində “gülüş” metaforasının semantikası və onun folklorda proyeksiyası (Qarabağ və Zəngəzur folklor materialları əsasında), Folklor İnstitutunun böyük elmi işçisi Sahibə Paşayevanın “Qərbi Azərbaycan aşıq mühiti Sədnik Pirsultanlı yaradıcılığında” məqalələri yer alır.

Filologiya elmləri doktoru Hikmət Quliyev “Müdrik Qoca arxetipi və kosmoqoniya: folklorda yaradılışın psixosemantikasında (Qarabağ və Zəngəzur folklor nümunələri əsasında)” məqaləsində Zəngəzur və Qarabağ folklor nümunələri əsasında problemə bir neçə aspektdən yanaşıb, Müdrik Qoca arxetipini və dağ kultunu, bu arxetipə daxil olan obrazların normaqoruyuculuq və normayaradıcılıq davranışını, triksterik rakurs və yaradılış məsələlərini təhlil edib. Müəyyən olunub ki, folklorda müqəddəs hesab olunan məkanlar (ocaq, pir, ziyarətgahlar), kritik məqamlarda ortaya çıxan “nizamlayıcı”, “barışdırıcı” subyektlər (ağsaqqallar, seyidlər), həmçinin atalar sözləri vasitəsilə qəlibləşdirilən (“mötəbər” mənbəyə istinad) norma və davranışlar özünün psixosemantikası baxımından Müdrik Qoca arxetipindən qaynaqlanır. Araşdırmada K.Q.Yunqun analitik-psixoloji metodu əsasında Zəngəzur və Qarabağ folklor mühitlərində müdrik və ağsaqqal obrazlarının yaradılışla bağlı semantikası təhlil olunub, bölgəyə məxsus nümunələr əsasında konkret nəticələr əldə edilib.

“Türküstandan Zəngəzura Türk xalqlarının epik yaradıcılığında günah sevgi və əbədi ayrılıq motivi” adlı məqaləsində filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər sonu sevgililərin ölümü ilə bitən dastanların türk-islam xalqlarının folklorunda geniş yayıldığını, bu dastanlarda qoşa dəfn olunan sevgililərin ruhlarının qovuşmasına icazə verilmədiyini, sevgililərin əbədi ayrılıq düşüncəsinin yasaq kəbin düşüncəsi ilə bağlılığını, bu hadisələrin İslam dininin qəbulu ilə bağlı olaraq türklər içərisində geniş yayılan endoqam kəbinə qarşı ənənəvi ekzoqam kəbin düşüncəsi nəticəsində ortaya çıxdığını və çoxsaylı dastan, əfsanə və rəvayətlərin yaranmasına səbəb olduğunu vurğulayıb. Alim tədqiqatda müxtəlif türk xalqlarına məxsus materiallardan, o cümlədən Zəngəzur, Göyçə, Qarabağ folklor nümunələrindən istifadə edib.

Kitabda yer alan filologiya elmləri doktoru Sərxan Xavərinin “Zəngəzur folklorunda etnoqrafik mətnlərin funksional analizi” məqaləsində müəllif folklor elementlərinin cəmiyyətin sosial strukturlarını necə əks etdirməsindən, identifikasiyanın və kollektiv yaddaşın gücləndirilməsindəki rolundan bəhs edib. Müəllif funksional yanaşmadan istifadə edərək, Zəngəzur folklorunun yalnız estetik və əyləncə funksiyaları barədə deyil, həm də praktiki, sosial və psixoloji funksiyaları haqqında təhlil aparıb. Tədqiqatda Zəngəzurda yaranan və şifahi olaraq nəsildən-nəslə ötürülən etnoqrafik mətnlər, xüsusilə adət-ənənələr və bayram ritualları təhlil edilir. Məqalə həm də bu folklor elementlərinin cəmiyyətin sosial strukturlarını necə əks etdirdiyini, identifikasiyanın və kollektiv yaddaşın gücləndirilməsində rolunu diqqət mərkəzinə gətirir.

“Qərbi Azərbaycan və Qarabağ folkloruna bir nəzər” adlı məqaləsində filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova Qərbi Azərbaycan və Qarabağ folklorunun araşdırılmasındakı üç istiqamətdən bəhs edib. Birinci istiqamət XX əsrin əvvəllərində Azərbaycanda elm sahələrinin formalaşmasında əhəmiyyətli rolu olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Zəngəzur araşdırmaları təşkil edir. Araşdırmada ikinci istiqamət XIX əsr rus mənbələrində Qərbi Azərbaycan folklorunun əks olunması, üçüncü istiqamət isə Qarabağ folklorunun, xüsusən Şuşa folklor mühitinin öyrənilməsi məsələləri tədqiq olunub.

Filologiya elmləri doktoru Səfa Qarayevin “Sosial-psixoloji stereotiplər kontekstində “gülüş” metaforasının semantikası və onun folklorda proyeksiyası (Qarabağ və Zəngəzur folklor materialları əsasında) məqaləsində Azərbaycanın Qarabağ və Zəngəzur bölgələrindən toplanmış materiallar əsasında müxtəlif sosial-mədəni münasibətlər çərçivəsində gülüş faktının ifadə etdiyi psixosemantik mahiyyət təhlil edilib. Araşdırmada gülüşün mə¬də¬niy¬yətdəki metaforik mahiyyəti diqqət mərkəzində saxlanılıb və onun kişi kollektivinin dav¬ra-nışları kontekstindəki semantikası öyrənilib. Aydın olub ki, mədəniyyətdəki bu fakt yal¬nız müsbət mesajların verilməsinə xidmət etmir. O, mədəniyyətdəki aqressiv və alçaldıcı mü¬nasibətlərin ifasını da yerinə yetirən davranışlardan biridir. Daha dəqiqi, bir çox hallarda hör¬mət və məhəbbəti ifadə edən gülüş bəzən kəskin sosial konfliktlər arasındakı dramatizmin azaldılmasına xidmət edir. Bəzən isə elə aqressiv münasibətin ifadəsinə çevrilir. Mə¬qa¬lə¬də çoxmənalı mədəni faktı olan gülüşün bu xüsusiyyətləri Zəngəzur və Qarabağdan toplanılmış folklor faktları əsasında tədqiq olunub.

Folklor İnstitutunun böyük elmi işçisi Sahibə Paşayevanın “Qərbi Azərbaycan aşıq mühiti Sədnik Pirsultanlı yaradıcılığında” məqaləsində Sədnik Paşa Pirsultanlının Qərbi Azərbaycan aşıq mühitinin görkəmli nümayəndələrindən olan Ağ Aşıq (Allahverdi), Aşıq Alı, Miskin Abdal, Aşıq Ələsgər, Zodlu Abdulla kimi bir çox sənətkarların yaradıcılığı və onların yaratdığı Göyçə aşıq məktəbi haqqındakı araşdırmaları ətrafında təhlillər aparılıb, bu sənətkarların yaradıcılıq yolu nəzərdən keçirilib.

Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər, filologiya elmləri doktoru Sərxan Xavəri, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanovadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq