Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngilan könüllüsü: “Qayıdış Könüllüləri” mənim üçün dəyər yaratmağın və dəyər qazanmağın yoludur - MÜSAHİBƏ

Zəngilan könüllüsü: “Qayıdış Könüllüləri” mənim üçün dəyər yaratmağın və dəyər qazanmağın yoludur - MÜSAHİBƏ

Bakı, 12 may, Təhminə Verdiyeva, AZƏRTAC

Hər bir xalqın sabahı, onun bugünkü gənclərinin düşüncəsində, əzmində və fəaliyyətində gizlidir. Vətən sevgisi ilə yoğrulmuş bir gəncin atdığı hər addım, etdiyi hər fədakarlıq gələcəyin möhkəm təməl daşına çevrilir. Belə gənclər yalnız öz maraqları üçün deyil, bütöv bir xalqın taleyi, yurdun inkişafı və dirçəlişi naminə düşünür, çalışır, yaratmağa can atırlar. Onlar müasir dövrün çağırışlarına cavab verə bilən, milli-mənəvi dəyərləri qlobal baxışla sintez edən, yaradıcı düşüncəyə və dərin vətənpərvərlik ruhuna sahib nəsildir. Bu xüsusiyyətlərin ən parlaq təcəssümlərindən biri də Türkan Muradzadədir — düşünən, yaradan, dəyər verən və bu dəyəri yaşadan bir Azərbaycan gənci. AZƏRTAC dəyər yaradan, onu yaşadan və gələcəyin qurucusu olaraq bu günün zəfər yolunu əminliklə addımlayan istedadlı Türkan Muradzadə ilə müsahibəni təqdim edir.

“Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupunun üzvüsünüz. Bu yolçuluq sizin üçün nə deməkdir?

- İlk olaraq qeyd edim ki, ADA Universitetində dövlət və ictimai münasibətlər ixtisası üzrə bakalavr təhsili almışam. “Özümə dəyər qatmaq və dəyər yaratmaq” prinsipi daim fəaliyyətimin və şəxsi inkişafımın əsasını təşkil edib. “Qayıdış Könüllüləri” Proqramının Zəngilan könüllüsü olmaq mənim üçün sadəcə bir könüllülük fəaliyyəti deyil, dərin mənəvi məna daşıyan, həm də peşəkar inkişafımda əsaslı bilik və bacarıqlar qazandıran mühüm bir mərhələdir. Bu çərçivədə azad Zəngilanda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü Beynəlxalq Minatəmizləmə Konfransının, 2-ci Milli Şəhərsalma Forumu və Dünya Məskunlaşma Günü ilə bağlı mötəbər tədbirlərin, həmçinin orada məskunlaşan uşaq, yeniyetmə və gənclər üçün keçirilən müxtəlif maraqlı fəaliyyətlərin təşkilində fəal könüllü dəstəyi göstərmişəm. Bununla yanaşı, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən işğaldan azad edilmiş ərazilərdən olan gənclər üçün həyata keçirilmiş “Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması” layihəsində və “BİL – Bacarıqların İnkişafı Layihəsi” çərçivəsində təşkil olunmuş bir sıra təlimləri müvəffəqiyyətlə başa vurmuşam. Bu təlimlər mənə həm fərdi, həm də peşəkar baxımdan çox şey qazandırıb. Zəngilan könüllüsü olmaq həm də mənəvi bir öhdəlik deməkdir — qayıdışın, yenidənqurmanın və gələcəyə ümidin təcəssümüdür bu yolçuluq. Bu yolun davamı olaraq, “Böyük Qayıdış” Gənclər Təşkilatında göstərdiyim dəyəryönümlü fəaliyyətlər nəticəsində təşkilatda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışma fürsəti əldə etmişəm. Bu, mənim üçün yalnız bir vəzifə deyil, eyni zamanda, üzərimə düşən ictimai məsuliyyətin göstəricisidir.

COP29 kimi qlobal miqyaslı bir tədbirdə PR sahəsində fəaliyyət göstərmək gənc bir mütəxəssis kimi sizə hansı çətinlikləri yaşatdı və nə kimi fürsətləri təqdim etdi?

- COP29-da iştirak etmək mənim üçün karyeramda önəmli bir mərhələ oldu. Belə böyük və beynəlxalq səviyyəli tədbirin kommunikasiya prosesində yer almaq həm məsuliyyətli, həm də öyrədici bir təcrübə idi. Qısa müddətdə çoxşaxəli məlumatları uyğun auditoriyalara çatdırmaq, ölkəmizi layiqincə təmsil etmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. COP29 peşəkar bacarıqlarımı inkişaf etdirmək üçün unikal bir platforma idi. Bu səylərimin nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü il noyabrın 11–22-də Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) fəal iştirak etdiyimə görə “Təşəkkürnamə” ilə təltif olunmağım mənim üçün böyük bir qürur və motivasiya mənbəyi oldu.

Könüllü fəaliyyətləriniz zamanı ən çox yadda qalan, sizi ruhlandıran və ya dəyişdirən bir anı bölüşə bilərsinizmi?

- Qayıdış könüllüsü kimi “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən intellektual oyunlar, yaradıcı master-klaslar və icma quruculuğuna yönəlmiş layihələrdə fəal şəkildə iştirak etmək mənim üçün ən yaddaqalan və dəyərli xatirələrlə dolu anlar idi. Bu fəaliyyətlər gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların sosial bacarıqlarının inkişaf etdirilməsi və birgə fəaliyyət ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Zəngilan rayonunun Ağalı kəndində keçirilən tədbirlər zamanı gənclərlə birlikdə keçirdiyimiz vaxt, onların yaradıcı və intellektual potensialını üzə çıxarmağa yönəlmiş təşəbbüslərdə iştirak etmək dəyər yaratmaq üçün unikal fürsət olub. Hər bir oyun, təlim və interaktiv fəaliyyət, iştirakçıların yalnız fərdi inkişafına deyil, eyni zamanda, sosial inteqrasiyasına və icma daxilində daha aktiv rol almalarına şərait yaradıb. Bu təşəbbüslərdə yer almaq, gələcəyin qurucuları olan gənclərə dəstək vermək və onların yanında olmaq mənə böyük qurur hissi yaşadıb. Xüsusilə, səfərlərimizin birində məktəbdə şagirdlərlə görüşümüz zamanı onların gözlərindəki sevinc, ümid və bizimlə qurduqları ünsiyyət mənim üçün çox dəyərli idi. Hiss etdim ki, bir söz belə kiminsə gələcəyinə təsir edə bilər. Bu an mənə könüllülüyün əsl dəyərini – təsiryaratma gücünü bir daha xatırlatdı.

Beynəlxalq və yerli tədbirlərdə iştirak etmisiniz. Azərbaycan gənclərinin beynəlxalq platformalarda iştirakı ilə bağlı fikirlərinizi bilmək istərdik…

- Bilirsiniz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunub və bu sahədə ardıcıl, sistemli islahatlar həyata keçirilir. Bu xüsusda, Azərbaycan gənclərinin beynəlxalq platformalarda daha güclü təmsil olunması üçün son illərdə dövlət səviyyəsində çoxsaylı mühüm addımlar atılır. Xüsusilə, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu kimi dövlət qurumları, Gənclər Təşkilatlarının Milli Şurası və Azərbaycan Könüllü Təşkilatları İttifaqı kimi təşkilatlar tərəfindən tez-tez xaricdə təşkil olunan tədbirlərdə gənclərin və könüllülərin iştirakına şərait yaradır. Gənclərin xaricdə təhsili üzrə yeni dövlət proqramı, beynəlxalq layihələrə çıxış imkanlarının artırılması, gənclərin COP29 kimi beynəlxalq tədbirlərə, diplomatik və strateji platformalara cəlb olunması da onların inkişafına xidmət edən əsas təşəbbüslərdəndir. Mən özüm də iştirak etdiyim beynəlxalq tədbirlərdə şahid olmuşam ki, azərbaycanlı gənclər istər intellekt, istər təşəbbüskarlıq, istərsə də peşəkarlıq baxımından yüksək potensiala malikdirlər. Sadəcə olaraq, bu potensialı üzə çıxarmaq üçün davamlı şəbəkələşmə, kommunikasiya bacarıqlarının gücləndirilməsi və qlobal trendlərlə ayaqlaşmaq vacibdir. Mövcud dövlət dəstəyi və yaradılan fürsətlər isə bu istiqamətdə gənclərə böyük bir stimul verir və onların beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil etmələrinə real zəmin yaradır.

PR sahəsində çalışmaq yaradıcı və çevik yanaşma tələb edir. Sizin üçün uğurlu PR strategiyasının əsas komponentləri hansılardır və bu sahədə gənclərə hansı məsləhətləri verərdiniz?

- Hazırda “Böyük Qayıdış” Gənclər Təşkilatında kommunikasiya meneceri kimi fəaliyyət göstərirəm. PR sahəsində çalışmaq yüksək yaradıcı düşüncə, çevik qərarvermə qabiliyyəti və daim yenilənən trendlərə adaptasiya tələb edir. Rəqəmsal kommunikasiya mühitində informasiya sürətlə yayılır və dəyişir. Buna görə də PR mütəxəssisi hər zaman gündəmi izləməli, dəyişən şəraitə uyğun reaksiyalar verə bilməli və böhran anlarında belə soyuqqanlı davranmalıdır. Həm sosial media üçün vizual və mətn əsaslı materiallar hazırlamaq, həm də medianın diqqətini çəkə biləcək press-reliz və xəbər materiallarını formalaşdırmaq üçün yaradıcı yanaşma mütləqdir. Uğurlu PR strategiyasının əsas komponentləri sırasında hədəf auditoriyanın düzgün təhlili, effektiv mesajın formalaşdırılması, uyğun platformaların seçilməsi və davamlılıq əsas yer tutur. Məlumatların şəffaf və etibarlı formada çatdırılması ictimaiyyətlə sağlam münasibətlərin qurulmasında vacib rol oynayır. Həmçinin autentiklik – yəni, səmimi olmaq bu gün üçün daha çox dəyərlidir. Gənclərə məsləhətim odur ki, öz fərdiliklərini itirmədən bu sahədə çalışsınlar, daim araşdırsınlar və dəyişən trendləri izləsinlər. İlk növbədə yaxşı bir “dinləyici” olmaq lazımdır. Çünki uğurlu PR strategiyası yalnız danışmaqla deyil, auditoriyanı anlamaqla, ehtiyaclarını müəyyən etməklə başlayır. Eyni zamanda, sosial media alqoritmlərindən məlumatlı olmaq, analitik düşünmək, vizual dizayn və məzmun istehsalı sahələrində bacarıqlarını inkişaf etdirmək bu sahədə peşəkar yüksəliş üçün mühüm şərtlərdəndir. Praktiki təcrübə, könüllülük və layihələrə qoşulmaq isə bu bacarıqların real mühitdə sınanması üçün əvəzolunmaz imkanlar yaradır. PR – sadəcə mesaj ötürmək deyil, həm də dəyər yaratmaq və bu dəyəri insanlarla paylaşmaq peşəsidir. Bu xüsusiyyətlər bir araya gəldikdə istənilən brendin və ya təşkilatın cəmiyyətdəki mövqeyi daha möhkəm və dəyərli olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH