Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq texnologiya mühitində uğur qazanan azərbaycanlı mütəxəssislə MÜSAHİBƏ

Beynəlxalq texnologiya mühitində uğur qazanan azərbaycanlı mütəxəssislə MÜSAHİBƏ

Berlin, 15 iyul, AZƏRTAC

İnformasiya texnologiyaları, süni intellekt və rəqəmsal transformasiya bu gün dünyanın ən sürətlə inkişaf edən sahələri arasındadır. Bu istiqamətdə beynəlxalq təcrübə qazanan azərbaycanlı mütəxəssislər də qlobal texnologiya mühitinə töhfə verirlər. Belə gənc mütəxəssislərdən biri də Almaniyada beynəlxalq texnologiya şirkətlərindən birində proqram təminatı üzrə baş mühəndis və texniki komanda rəhbəri kimi fəaliyyət göstərən Elçin İsmayılovdur.

E.İsmayılov AZƏRTAC-a müsahibəsində Böyük Britaniya və Almaniyada qazandığı təcrübə, müasir texnologiyaların inkişaf istiqamətləri və gənclər üçün imkanlar, eləcə də süni intellektin proqram mühəndisliyində yaratdığı dəyişikliklər, beynəlxalq mühitdə çalışmağın xüsusiyyətləri və Azərbaycanın texnoloji gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

- Özünüz və təhsil yolunuz barədə qısa məlumat verərdiniz. Britaniyada təhsil almaq qərarını necə verdiniz və bu təcrübə karyeranıza nə qazandırdı?

- Azərbaycanda proqram təminatı mühəndisliyi ixtisası üzrə bakalavr təhsilimi başa vurduqdan sonra qarşıma beynəlxalq səviyyədə təhsil almaq və müasir informasiya texnologiyalarını dünyanın aparıcı universitetlərində öyrənmək məqsədi qoydum. Yüksək akademik göstəricilərimə görə Azərbaycan Respublikasının “2007-2015-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyada təhsil almaq hüququ qazandım. Bu proqram vasitəsilə dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mançester Universitetində “Advanced Computer Science” ixtisası üzrə magistr təhsili aldım.

Böyük Britaniyada təhsil mənə təkcə akademik bilik qazandırmadı. Universitet sənaye ilə sıx əməkdaşlıq etdiyi üçün BBC, “Google”, “Lloyds Banking Group” və digər aparıcı şirkətlərdə çalışan mütəxəssislərin mühazirələrində və praktiki seminarlarında iştirak etmək imkanımız olurdu. Bu görüşlər sayəsində universitetdə öyrəndiyimiz nəzəri biliklərin real layihələrdə necə tətbiq olunduğunu yaxından görmək, proqram təminatının arxitekturası, rəqəmsal transformasiya və iri informasiya sistemlərinin qurulması ilə bağlı dəyərli təcrübə qazanmaq mümkün idi.

Eyni zamanda, dünya elmində söz sahibi olan professorların və Nobel mükafatı laureatlarının mühazirələrini dinləmək mənim üçün böyük üstünlük oldu. Bu mühit analitik düşüncə tərzimin, elmi yanaşmamın və beynəlxalq standartlara uyğun peşəkar dünyagörüşümün formalaşmasında mühüm rol oynadı.

Magistr təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdaraq elektron hökumət və rəqəmsal transformasiya layihələrində fəaliyyət göstərdim. Daha sonra peşəkar fəaliyyətimi Almaniyada davam etdirdim. Hesab edirəm ki, Böyük Britaniyada qazandığım akademik biliklər və beynəlxalq təcrübə bugünkü fəaliyyətimin möhkəm təməlini təşkil edir.

- Hazırda Almaniyada hansı sahə üzrə fəaliyyət göstərirsiniz? Gündəlik işiniz əsasən hansı texnologiyalar və layihələrlə bağlıdır?

- Hazırda Almaniyada fəaliyyət göstərən beynəlxalq texnologiya şirkətlərindən birində proqram təminatı üzrə baş mühəndis və texniki komanda rəhbəri kimi çalışıram. Şirkətimizdə 50-dən çox millətin nümayəndələri, o cümlədən 500-dən artıq mütəxəssis fəaliyyət göstərir və biz müxtəlif ölkələr üçün müasir texnologiya həlləri hazırlayırıq.

Fəaliyyətim əsasən “Microsoft Azure” bulud texnologiyaları, “.NET” platforması, mikroservis arxitekturası, “DevOps”, kibertəhlükəsizlik və süni intellekt həllərinin hazırlanmasını əhatə edir. Bununla yanaşı, yüksək yüklənməli sistemlərin layihələndirilməsi, bulud infrastrukturlarının qurulması və proqram təminatının etibarlılığının artırılması istiqamətində çalışıram.

Karyeram ərzində Almaniyanın “Mercedes-Benz”, FAZ (Frankfurter Allgemeine Zeitung), “Tagesschau” və dünyanın digər tanınmış şirkət və media qurumlarının rəqəmsal layihələrində iştirak etmişəm. Bu layihələr beynəlxalq standartlar əsasında işləmək, mürəkkəb proqram sistemlərinin hazırlanması və müxtəlif ölkələrdən olan mütəxəssislərlə əməkdaşlıq baxımından mənə zəngin təcrübə qazandırıb.

Peşəkar fəaliyyətimdə bilik paylaşımına xüsusi önəm verirəm. Şirkətdə mütəmadi olaraq həm əməkdaşlarımız, həm də xarici mütəxəssislər üçün texnologiya “meetup”ları təşkil edir, proqram mühəndisliyi, bulud texnologiyaları və süni intellekt mövzularında təqdimatlarla çıxış edirəm. Bu yaxınlarda təşkil etdiyimiz “.NET Meetup” çərçivəsində “Agentic Engineering” mövzusunda təqdimat etdim. Bundan əlavə, süni intellektin proqram mühəndisliyində və tibdə tətbiqi ilə bağlı müxtəlif beynəlxalq konfranslarda çıxış etmişəm. Mənim üçün bilik paylaşmaq və yeni texnologiyaların tətbiqini təşviq etmək peşəkar fəaliyyətimin vacib hissəsidir.

- Böyük Britaniyanın və Almaniyanın təhsil və iş mühitini müqayisə etdikdə hansı əsas fərqləri qeyd edərdiniz? Bu iki ölkənin IT sektorunun güclü tərəfləri nələrdir?

- Hər iki ölkənin informasiya texnologiyaları sahəsində güclü ənənələri var, lakin yanaşmaları müəyyən mənada fərqlənir. Böyük Britaniyada təhsil sistemi daha çox tənqidi düşüncə, elmi araşdırma və innovasiyaya əsaslanır. Tələbələrdən yalnız mövcud bilikləri mənimsəmək deyil, həm də yeni ideyalar formalaşdırmaq, onları əsaslandırmaq və yaradıcı yanaşma nümayiş etdirmək gözlənilir. Universitetlə sənaye arasında sıx əməkdaşlıq tələbələrin hələ təhsil dövründə real layihələrlə tanış olmasına imkan yaradır.

Almaniyada isə mühəndislik mədəniyyəti, keyfiyyət standartları, planlılıq və sistemli yanaşma daha çox diqqət çəkir. Burada etibarlılıq, təhlükəsizlik və məhsulun uzunmüddətli dayanıqlılığı prioritet məsələlərdəndir. Bu yanaşma xüsusilə böyük korporativ layihələrdə və sənaye həllərində özünü aydın şəkildə göstərir.

İnformasiya texnologiyaları baxımından Böyük Britaniya süni intellekt, maliyyə texnologiyaları, elmi tədqiqatlar və startap ekosistemi ilə seçilir. Almaniya isə avtomobil sənayesi, sənaye rəqəmsallaşması, kibertəhlükəsizlik, bulud texnologiyaları və iri korporativ sistemlərin hazırlanması sahəsində Avropanın aparıcı ölkələrindən biridir.

Mənim üçün hər iki ölkədə əldə etdiyim təcrübə bir-birini tamamlayır: Böyük Britaniya mənə innovativ düşünməyi, Almaniya isə həmin ideyaları yüksək keyfiyyət standartları ilə praktikada tətbiq etməyi öyrətdi.

- Süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma kimi sahələr sürətlə inkişaf edir. Sizcə, yaxın illərdə IT sektorunda ən böyük dəyişikliklər hansı istiqamətlərdə olacaq?

- Hazırda informasiya texnologiyaları sahəsi son onilliklərin ən böyük transformasiya dövrünü yaşayır. Əgər əvvəllər süni intellekt daha çox tədqiqat mövzusu hesab olunurdusa, bu gün artıq proqram təminatının hazırlanmasının ayrılmaz hissəsinə çevrilib.

Fikrimcə, yaxın illərdə proqram mühəndisliyində əsas üstünlük yalnız kodu daha sürətli yazmaq deyil, süni intellektdən düzgün və səmərəli istifadə etmək bacarığı olacaq. Mən tez-tez belə bir fikir səsləndirirəm: süni intellekt proqramçıları əvəz etməyəcək, amma süni intellektdən istifadə edən proqramçılar bu texnologiyadan istifadə etməyənləri əvəz edəcəklər. Hesab edirəm ki, məhz bu dəyişiklik proqram mühəndisliyində yeni mərhələnin başlanğıcıdır.

Bu gün “Agentic AI” adlandırılan yeni yanaşma artıq formalaşır. Süni intellekt təkcə suallara cavab verməyəcək, həm də planlaşdıracaq, qərarlar qəbul edəcək və mürəkkəb tapşırıqları müəyyən dərəcədə müstəqil şəkildə yerinə yetirəcək. Bu isə proqram mühəndislərinin rolunu dəyişəcək. Gələcəyin mühəndisləri təkcə proqram yazan deyil, süni intellekt sistemlərini idarə edən, onların nəticələrini qiymətləndirən və biznes ehtiyaclarına uyğunlaşdıran mütəxəssislər olacaqlar.

Bununla yanaşı, kibertəhlükəsizlik daha da strateji əhəmiyyət kəsb edəcək. Süni intellekt inkişaf etdikcə həm müdafiə, həm də hücum üsulları mürəkkəbləşəcək. Buna görə də təhlükəsizlik artıq layihənin son mərhələsi deyil, proqram təminatının hazırlanmasının ilk mərhələsindən etibarən nəzərə alınmalı olan əsas tələblərdən biridir.

- Almaniya xaricdə karyera qurmaq istəyən azərbaycanlı gənclər üçün nə dərəcədə cəlbedici ölkədir? Bu sahədə uğur qazanmaq üçün hansı bilik və bacarıqlar xüsusilə vacibdir?

- Almaniya Avropanın ən güclü iqtisadiyyatı olan ölkələrindən biridir və informasiya texnologiyaları sahəsində yüksəkixtisaslı mütəxəssislərə tələbat davamlı olaraq artır. Bu baxımdan ölkə azərbaycanlı gənclər üçün həm peşəkar inkişaf, həm də beynəlxalq təcrübə qazanmaq baxımından geniş imkanlar təqdim edir.

Lakin müasir əmək bazarında yalnız proqramlaşdırma dillərini bilmək artıq kifayət etmir. Bulud texnologiyaları, süni intellekt, “DevOps”, kibertəhlükəsizlik, proqram təminatının arxitekturası və analitik düşüncə uğurlu proqram mühəndisinin əsas üstünlükləridir.

Xarici dil bilikləri də xüsusi əhəmiyyət daşıyır. İngilis dili beynəlxalq layihələrdə işləmək üçün vacibdir, alman dili isə həm cəmiyyətə inteqrasiyanı, həm də karyera inkişafını əhəmiyyətli dərəcədə asanlaşdırır.

Ən vacib keyfiyyətlərdən biri isə davamlı öyrənmək istəyidir. İnformasiya texnologiyaları çox sürətlə dəyişən sahədir və bu gün öyrəndiyiniz biliklər bir neçə ildən sonra kifayət etməyə bilər. Buna görə daim öz üzərində işləmək və yeniliklərə açıq olmaq uğurun əsas şərtlərindən biridir.

- Azərbaycanlı mütəxəssis kimi beynəlxalq mühitdə çalışarkən hansı çətinliklərlə qarşılaşmısınız və bu gün xaricdə təhsil almaq və işləmək istəyən gənclərə hansı tövsiyələri verərdiniz?

- Beynəlxalq mühitdə işləmək ilk növbədə müxtəlif mədəniyyətlərə, fərqli düşüncə tərzinə və iş üslublarına uyğunlaşmağı tələb edir. İlk mərhələdə bu müəyyən çətinliklər yaratsa da, zaman keçdikcə insanın həm peşəkar, həm də şəxsi inkişafına böyük töhfə verir.

Bu gün müxtəlif ölkələrdən olan mühəndislərlə eyni komandada çalışıram. Bu təcrübə mənə göstərdi ki, peşəkarlıq, məsuliyyət, dürüstlük və zəhmət dünyanın hər yerində eyni dərəcədə qiymətləndirilir.

Mənim üçün ən vacib dərslərdən biri odur ki, informasiya texnologiyaları sahəsində öyrənmə heç vaxt bitmir. Bu sahədə uğur qazanmaq istəyən hər bir mütəxəssis daim öz üzərində işləməli, yeni texnologiyaları izləməli və biliklərini yeniləməlidir.

Gənclərə tövsiyəm odur ki, qarşılarına böyük hədəflər qoymaqdan çəkinməsinlər. Dünyanın nüfuzlu universitetlərində təhsil almaq və aparıcı texnologiya şirkətlərində çalışmaq əlçatmaz məqsəd deyil. Bunun üçün güclü fundamental bilik, xarici dillər, əzmkarlıq və davamlı inkişaf əsas şərtlərdir.

- Gələcəkdə Azərbaycanın informasiya texnologiyaları və süni intellekt sahəsinin inkişafında öz rolunuzu necə görürsünüz?

- Xaricdə qazandığım bilik və təcrübənin gələcəkdə Azərbaycanın inkişafına xidmət etməsi mənim üçün ən böyük məqsədlərdən biridir.

Son illərdə ölkəmizdə informasiya texnologiyalarının, rəqəmsal transformasiyanın və xüsusilə süni intellekt sahəsinin inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilməsi gələcəyə hesablanmış strateji yanaşmadır. Hesab edirəm ki, bu istiqamətdə həyata keçirilən siyasət Azərbaycanın innovasiya potensialının gücləndirilməsi və rəqabət qabiliyyətinin artırılması baxımından böyük əhəmiyyət daşıyır.

Almaniyada fəaliyyətim dövründə beynəlxalq layihələrdə iştirak etmək, dünyanın aparıcı şirkətləri ilə işləmək və müxtəlif ölkələrdən olan mütəxəssislərlə əməkdaşlıq etmək imkanı əldə etmişəm. Süni intellekt, bulud texnologiyaları, proqram mühəndisliyi və rəqəmsal transformasiya sahəsində qazandığım elmi və praktiki təcrübəni gələcəkdə ölkəmizin inkişafı naminə bölüşməyə və bu istiqamətdə həyata keçirilən təşəbbüslərə dəstək verməyə hər zaman hazıram.

Bu gün Azərbaycanın ən böyük üstünlüyü insan kapitalıdır. Gənclərimizin istedadı, dövlətin müəyyən etdiyi inkişaf prioritetləri və müasir texnologiyalara göstərilən diqqət ölkəmizin regionun aparıcı innovasiya mərkəzlərindən birinə çevrilməsi üçün mühüm zəmin yaradır. Mən də azərbaycanlı mütəxəssis kimi bu inkişaf prosesində iştirak etməyi, qazandığım beynəlxalq təcrübəni ölkəmizin gələcəyinə töhfə verəcək layihələrdə tətbiq etməyi böyük şərəf hesab edirəm.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub